Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: Avropa İttifaqının məqsədi nədir?..

Rusiyanın Ermənistandakı səfiri Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib...

Millət vəkili: “Əslində, Rusiyanın Ermənistandakı səfiri Avropa İttifaqının missiyasının həqiqətən də, diplomatik missiya olmadığını və sırf kəşfiyyat xarakteri daşıdığını açıq şəkildə ifadə edib”.

Avropa İttifaqının məqsədi nədir? Onlar Ermənistanı kimdən qorumaq istəyirlər?”.

Bu sözləri millət vəkili Fazil Mustafa Rusiyanın Ermənistandakı səfirinin Ermənistanla bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib. Bundan başqa səfir Aİ missiyasının Ermənistanda kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu da dilə gətirib.

Səfirin Ermənistana qarşı ittihamları diplomatik kanallarla deyil, ictimai şəkildə səsləndirməsi əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Biz məsələnin birbaşa Ermənistanla həllinə daha çox üstünlük veririk. Amma Ermənistanın bu iradəsi yoxdursa, hansısa dövlət bu məsələdə vicdanlı rol almağı öz üzərinə götürürsə, nəticəyə varan xətt izləyəcəksə, Azərbaycan da məsələnin həllinə çalışacaq”.

Rusiya səfirinin Bakıda ən ali səviyyədə səsləndirulən Moskvanın mövqeyini təkrarladığını vurğulayan millət vəkili Poliqon-a bildirib ki, bu diplomatik qaydalara uyğun mövqedir:

“Əslində, Rusiyanın Ermənistandakı səfiri Avropa İttifaqının missiyasının həqiqətən də, diplomatik missiya olmadığını və sırf kəşfiyyat xarakteri daşıdığını açıq şəkildə ifadə edib. Bunu biz də bilirik və dəfələrlə də bəyan etmişik. Avropa İttifaqının məqsədi nədir? Onlar Ermənistanı kimdən qorumaq istəyirlər?

Burda özünü tərəf kimi göstərən bir qurumdan söhbət gedir. Azərbaycan də tərəf olan quruma güvənməməkdə haqlıdır. Məncə məsələyə bu baxımdan baxılmalıdır. Sonrakı mərhələdə hansı fəaliyyətləri üzə çıxacaqsa, yəqin ki, onlar da dilə gətiriləcək.

Hər bir halda Rusiya səfirinin Moskvanın Bakıda ən ali səviyyədə səsləndirdiyi mövqeyini təkrarlamasından söhbət gedir. Bu da diplomatik qaydalara uyğundur. Rusiya bu prosesdə rol almaqla maraqlıdır. Həmçinin Rusiya istəyir ki, üçtərəfli bəyanatın müddəaları həyata keçsin.

Azərbaycan üçün də xüsusi bir fərq yoxdur. Rəsmi Bakı üçün əsas problemin həlli var. Kim bu problemin həllində rol ala bilirsə, buyursun alsın. Azərbaycan buna normal yanaşacaq. Biz məsələnin birbaşa Ermənistanla həllinə daha çox üstünlük veririk. Amma Ermənistanın bu iradəsi yoxdursa, hansısa dövlət bu məsələdə vicdanlı rol almağı öz üzərinə götürürsə, nəticəyə varan xətt izləyəcəksə, Azərbaycan da məsələnin həllinə çalışacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar