Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aydın Kərimov: “Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi qürurvericidir”

Şuşada İslam Ölkələrinin Ortaq Süfrəsi tədbirinin keçirilməsi bizim üçün qürurvericidir...

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə Beynəlxalq Qastronomiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

O, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəsinin olmadığını qeyd edib və əlavə edib ki, builki tədbir xüsusi rəmzi xarakter daşıyır: “Şuşa bu il İslam ölkələrinin mədəniyyət paytaxtı statusu alıb və bütün tədbirlər bu bayraq altında keçirilir. Bu festivalda İslam ölkələrinin mədəniyyətini, o cümlədən mətbəxini - ləziz yeməklərini nümayiş etdirmək üçün şərait yaradılıb".

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir. "Tut Bağı"nda yaradılan çadır stendlərində Azərbaycan, İran, Türkiyə, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının birgə "İftar və onunla bağlı sosial-mədəni ənənələr" adlı, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilən çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar