Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqaz regionunun BRİKS və ŞƏT kimi regional mərkəzlərdə birləşməsi mümkündürmü?

Türkiyə və Azərbaycandan sonra Ermənistan da BRİKS-ə maraq göstərir...

Siyasi-şərhçi: “Ermənistan Azərbaycandan fərqli olaraq geniş iqtisadi resususlara, logistikaya malik deyil. Bu səbəbdən Ermənistanın bu istəyi daha çox siyasi anlam daşıyır”.

“Paşinyan iqtidarı Rusiyanın təmsil olunduğu təşkilata qoşulmaq məsələsini gündəmə gətirməklə mesaj verməyə çalışır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Ermənistanın BRİKS-ə maraq göstərməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycandan sonra Ermənistan da BRİKS-ə maraq göstərir. Ermənistanın sərhəd olduğu ölkələrin yavaş-yavaş Qərbdən uzaqlaşdığı, Baş nazir Nikol Paşinyanın bunu nəzərə alaraq “Qlobal Cənub” kimi dəyərləndirilən BRİKS-ə müşahidəçi üzv olmaq istədiyi deyilir. Gürcüstala Qərb arasında isə uçrum hər gün daha da dərinləşir.

Bəs, Cənubi Qafqaz regionunun Qərbdən uzaqlaşaraq BRİKS və ŞƏT kimi regional mərkəzlərdə birləşməsi mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Ermənistan bu addımı hazırda BRİKS-ə üzv olmaq istəyindən daha çox Qərbə bir mesaj vermək istəyidir”.

BRİKS kimi qrumlarln yalnız bir tərəfin deyil, təşkilata üzv ölkələrin hamısının qarşılıqlı faydalanması üçün nəzərdə tutulduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, Ermənistanın iqtisadi cəhətdən BRİKS-ə verə biləcəyi heç nə yoxdur:

Ermənistan Azərbaycandan fərqli olaraq geniş iqtisadi resususlara, logistikaya malik deyil. Bu səbəbdən Ermənistanın bu istəyi daha çox siyasi anlam daşıyır. Ermənilər adətlərinə uyğun olaraq hər yerdə və hər təşkilatda özləri üçün himayədar axtarır. Halbuki BRİKS kimi qrumlar yalnız bir tərəfin deyil, təşkilata üzv ölkələrin hamısının qarşılıqlı faydalanması üçün nəzərdə tutulub. Ermənistanın isə BRİKS-ə verə biləcəyi heçnə yoxdur.

Bu səbəbdən hesab edirəm ki, hazırda bu üzvlük məsələsi o qədərdə real görsənmir. Lakin hətta nə vaxtsa üzv qəbul olunsa belə, bu Qərbdən uzaqlaşmaq anlamına gəlməz. Çünki BRİKS daxilində bir çox ölkə paralel olaraq Qərblə də yaxşı münasibətdədir. Yəni, BRİKSİ tam olaraq anti-Qərb təşkilatı kimi görmək yanlış olar. Məsələn Türkiyə də BRİCS-ə üzv olmaq üçün ərizə verib. Nəzərə alaq ki, Türkiyə NATO üzvüdür. Eyni zamanda ABŞ ilə ciddi ticari əlaqələrə malik Hindistanıda bu kategoriyaya aid etmək olar.

Kamran Məmmədli: “Ermənilər bu mesaj ilə ənənəvi olaraq ikili oyunlarına və şantajlarına davam edirlər”.

Hesab edirəm ki, Ermənistan bu addımı hazırda BRİKS-ə üzv olmaq istəyindən daha çox Qərbə bir mesaj vermək istəyidir. Ermənistanda yaxşı bilirlər ki, mövcud gərginlik vəziyyətində nə Avropa İttifaqına, nə də NATO-ya üzv ola biləcəklər. Buna görə də Paşinyan iqtidarı Rusiyanın təmsil olunduğu təşkilata qoşulmaq məsələsini gündəmə gətirməklə mesaj verməyə çalışır. Yəni bizə yol açmasanız, biz məcbur qalıb alternativlərdə tapa bilərik .

Ermənilər bu mesaj ilə ənənəvi olaraq ikili oyunlarına və şantajlarına davam edirlər. Halbuki, tarixdə onu göstərib ki, ikili oynuyanların sonu hər zaman acı olur və yekünda tək qalırlar.

Ümumilikdə isə düşünürəm ki, BRİKS Cənubi Qafqazda əhəmiyyətli rol oynaya bilər. Orta dəhlizin məhz Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzandığını nəzərə alarsaq, demək olar ki, BRİKS artıq Cənubi Qafqazda möhkəmlənir. Bir yəqin ki, gələcəkdə Gürcüstanın da BRİKS-ə üzv olması üçün müraciətini görəcəyik. Bundan sonra isə Cənubi Qafqaz Ermənistansız da BRİKS-in bir hissəsi olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay