Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Laçın və Xankəndidə tədbirlər keçirib - Foto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib...

Poliqon FHN-ə istinadən xəbər verir ki, Xidmət tərəfindən Laçın şəhərində yerləşən “Həkəri Riverside” hotelində, Xankəndi şəhərində fəaliyyət göstərən “Xanabad” və “Xarı Bülbül Keytring” restoranlarında, “Rahat market” şəbəkəsinin filialında, inşaat işləri aparılan 4 nömrəli tam orta məktəbində, həmçinin Ağdam şəhərində tikintisi davam etdirilən 160 yerlik körpələr evi-uşaq bağçasında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar