Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-da fəaliyyətsiz tələbə yataqxanalarına görə işçilərə 280 min manat əmək haqqı ödənilib

Bakı Dövlət Universitetinin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri 1 nömrəli yataqxana – “Tələbə evi” fəaliyyət göstərir...

Poliqon xəbər verir ki, bu barədə Hesablama Palatasının BDU-da həyata keçirdiyi nəzarət tədbiri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditinin nəticələrinə dair hesabatda bildirilib.

Qeyd edilib ki, digər yataqxana binaları uzun illərdir ki, fəaliyyət göstərmir və qəzalı vəziyyətdədir. Yataqxanalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, Universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən Tələbə şəhərciyinin, Tələbə evi istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil edib. Yataqxanalarda yerləşdirilmə qaydaları əlçatan olmamış, həmçinin tələbə yerləşdirilməsi üzrə mövcud potensialdan istifadə edilməyib.

“Tələbə evi” üzrə gəlirlər auditlə əhatə olunan dövrdə 203,8 min manat, onun saxlanması üçün çəkilən xərclər isə 664,3 min manat təşkil etmiş, faktiki olaraq bu yataqxana üzrə xərclərin yalnız 30,7%-i həcmində gəlir əldə olunub, əldə edilən hər 1,0 manata qarşı 3,3 manat xərc çəkilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar