Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi borcu olan 10 aylıq şirkət yarım milyonluq iki tender “qazandı” - Foto

Tovuz rayon Subartezian Quyularının İstismarı İdarəsi bu gün tikinti materiallarının satınalınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, 224 min 345 manat 98 qəpik məbləğində olan tenderin qalibi “EMV GROUP” MMC olub.

100 min manat nizamnamə kapitalına malik “EMV GROUP” MMC 10.06.2020 tarixində yaradılıb. Şirkət yaradılarkən hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev.16 m.13, qanuni təmsilçisi isə Əsgərov Adil Azər oğlu olub.

07.04.2021 tarixində reyestr sənədlərinə edilən dəyişikliklərdən sonra şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi dəyişib: Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, ev 54, 11-ci küçəsi, Dalan 4 və Xalid Məmmədov Nəriman oğlu.

10 ay əvvəl yaranan şirkət aprelin 9-da Lənkəran şəhər İcra Hakimiyyətinin keçirdiyi yaşayış binalarının əsaslı təmiri işlərinin satınalınmasının da qalibi olub. Həmin tenderin məbləği 288 min 753 min 86 qəpik təşkil edib.
Şirkətin fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat olmasa da, hazırda MMC-nin 8 min 710 manat 82 qəpik vergi borcu var.

Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir. Həmçinin, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan 10 əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ən çox oxunanalar