Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaqner”çilər daha bir məhbusun gürzlə öldürüb - The Insider

Rusiyada Ukraynaya qarşı müharibəyə cəlb edilmiş daha bir məhbusun gürzlə öldürüldüyü bildirilir…

PİA.az xəbər verir ki, bu barədə The Insider nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Qondarma “LXR”-İN xalq milisinin 7-ci motoatıcı rotasına komandirlik edən məhkum Viktor Sevalnev həyat yoldaşı Liliyaya zəng edərək cəbhədə aldığı yaradan sağaldığını, lakin omu xəstəxanadan çıxaraq öldürməyə aparıldığını bildirib. Sevalnev, onun rotasından əsgərlərin fərarilik etməsi səbəbi ilə edama aparıldığını qeyd edib.

Sevalnevin arvadı ilə telefon danışığını və başqa materialları The Insider dərc edib.

“Bu gün mən, sabah başqası. Biz onlar üçün “ət maşını” materialıyıq. Müdafiə Nazirliyi qaçan əsgərləri güllələyir. Onlar bilirlər ki, biz bura ölmək üçün göndərilmişik. Mən geri, həbsxanaya qayıtmaq istədim, lakin onlar buna icazə vermədilər. Əgər mən bilsəydim ki, bunlar bu şəkildə müharibə aparır, onda cəbhəyə gəlməyə razılıq verməzdim”, deyə keçmiş dustaq həyat yoldaşına deyir.

Bundan başqa dustaq komandir həbsxanadakılara müracət edib:

“Mən Viktor Sevalnev, 1979-cu il doğumluyam. Bura gəlməyin və adam yollamayın. Onlar bizim hamımızı öldürmək istəyirlər”.

The Insider yazır ki, Sevalnevin səs yazısı yayıldıqdan sonra Rusiya Müdafiə Nazirliyi onun başından aldığı ağır qəlpə yarasından öldüyü haqda məlumat yayıb. Lakin bildirilir ki, böyük ehtimalla keçmiş dustaq “Vaqner”çilər tərəfində gürzlə başına zərbə endirilməklə qətlə yetirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay