Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxanda “Xəzər bu gün” media platforması təqdim olunub

Rusiya Federasiyasının Həştərxan şəhərinin qubernatoru səlahiyyətlərini icra edən Pavel Pautov Xəzər Media Forumunda “Xəzər bu gün” informasiya məzmun-platformasını təqdim edib...

“Report” TASS-a istinadən xəbər verir ki, media platforması informasiya qıtlığının aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək.

“İlk növbədə, qlobal informasiya müharibəsi şəraitində böyük həcmdə düşmənçilik xarakterli məzmunun və açıq-aşkar saxta məlumatların yayılmasına qarşı çıxmaq, etibarlı informasiyanı geniş auditoriyaya çatdırmaq lazımdır. Bununla əlaqədar olaraq, biz “Xəzər bu gün” beynəlxalq Xəzər media platformasının layihəsini təqdim etmək və region ölkələrindən jurnalistləri onun işində iştiraka dəvət etmək istəyirik. İnanırıq ki, jurnalistlər, iş adamları və tələbələr üçün uyğunlaşdırılmış bu vahid məzmun platforması informasiya çatışmazlığını aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək”, - P.Pautov bildirib.

Onun sözlərinə görə, platforma altı dildə, o cümlədən Azərbaycan, qazax, türkmən və ingilis dillərində xəbərlərə baxmağa imkan verəcək.

Qeyd edək ki, Xəzər Media Forumunda ümumilikdə 120-yə yaxın xarici qonaq iştirak edir. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunur.

Bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçirilir. Tədbir "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay