Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dövlətinin idman siyasətinin uğurları

Yeni idmançıların yetişməsi üçün dövlətimiztərəfindən mühüm addımlar atılır..

Ölkəmizin idmançıları bütün dünyada çox böyükuğurlar əldə edirlər. Onların qazandığı qələbələr, əldəetdikləri medallar Azərbaycana çox böyük nüfuzgətirir. Eyni zamanda ölkəmizin tanınmasında peşəkarvə nüfuzlu idmançılarımızın da əhəmiyyətli rolu var. Əlbəttə ki, xalqımız idmançılarımızın belə uğurlarınıgördükcə fəxr edir və bütün bunlar yeni nəsilidmançıların yetişməsində çox önəmlidir.

Ümumiyyətlə, yeni idmançıların yetişməsi üçün dövləttərəfindən mühüm addımlar atılır. Bakıda və regiondaolimpiya kompleksləri tikilir və bu komplekslərdə gəncidmançılar yetişirlər. Gənc idmançılar da ölkəmizixaricdə yüksək səviyyədə təmsil edirlər. Paris Olimpiadasında medallar əldə edən idmançılarımız da məhz o olimpiya komplekslərində yetişənidmançılardır. Onlar bütün xalqımızı sevindirdilər.Qeyd edək ki, Prezident İlham Əliyev 14 avqusttarixində XXXIII Paris Yay Olimpiya Oyunlarındamedal qazanmış Azərbaycan idmançılarını və onlarınməşqçilərini qəbul edib. Azərbaycan Prezidenti bildiribki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbəidmanda da, məişətdə də, həyatda da idmançınınüzərinə böyük məsuliyyət qoyur: “Bizim OlimpiyaOyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idmandövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlardadünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çoxyaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bugözəl hadisə münasibətilə bir daha təbrik etməkistəyirəm”.

İdmanın dili, milliyəti yoxdur. İdman dünyada həm dəhəmrəylik üçün çox önəmli vasitədir. Yeri gəlmişkən, Azərbaycan dünyada bu baxımdan da öztəşəbbüskarlığı ilə seçilir. Məhz Avropa OlimpiyaKomitəsinin Baş Assambleyası 8 dekabr 2012-ci ildə I Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanınpaytaxtı Bakı şəhərində keçirilməsi barədə qərar qəbuledib. Tarixdə ilk dəfə keçirilən I Avropa OyunlarınınAzərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir. Bu qərara imza atanlar da yanılmayıblar. Ölkəmizinbeynəlxalq miqyasda mötəbər idman yarışlarındaböyük nailiyyətlər qazanması, Azərbaycanın dünyadanüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarınınverilməsində həlledici rol oynayıb. I AvropaOyunlarının keçirilməsi üçün idman qurğularınıntikintisi və təkmilləşdirilməsi dünya standartlarınauyğun və yüksək keyfiyyətlə aparılıb. Qeyd edək ki, I Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib.Azərbaycan özünə güvənərək bu idman yarışınadostluq, birlik tədbiri kimi yanaşıb. Məhz buna görədirki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarınaqatılan hər bir idmançının maliyyə xərclərini özüzərinə götürmüşdür.

Bundan başqa Azərbaycanda Ümumdünya ŞahmatOlimpiadası, “Formula-1” üzrə Avropa qran-prisi, IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədəkeçirilməsi beynəlxalq aləmdə idmanın inkişafınaverilən töhfə olaraq qiymətləndirilməlidir. Göründüyükimi, Azərbaycanda təkcə ölkədaxili deyil, beynəlxalqolaraq da idmana diqqət göstərilir.

Hazırda xaricdə də gənc idman kumirlərimiz var. Vətəndaş cəmiyyəti təşəbbüskarlığı olaraq QHT-lərlayihələr keçirərək xaricdəki dünya şöhrətli gəncidmançılarmızı da Azərbaycanda tanıda bilərlər.Azərbaycanda gənc nəslin idmançı və vətənpərvərruhunda yetişməsi, peşəkar çempionlarımızın sayınınçoxalması dövlətin idman siyasətinin tərkib hissəsidir.Belə layihələrin dövlətin bu sayasətinə töhfə verəcəyinidüşünürük.

Çox müsbət haldır ki, digər sahələr kimi, idmana da dövlət dəstəyi var. Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva səviyyəsində idmanadiqqət, qayğı göstərilir. Mütəmadi olaraq idmançılarlagörüşlər keçirilir. Və bütün bunlar da idmançılarımızamotivasiya verir. Onların peşəkərlaşmasında, uğur əldəetməsində bu görüşlər çox mühüm rol oynayır. Buna görədir ki, cənab Prezidentin dediyi kimi, gənclərinidmana maraqları artır: “Əlbəttə, tam əminəm ki, həmcüdo, həm digər idman növləri ilə məşğul olmaqistəyən uşaqlarımızın sayı çox olacaq və bunuarzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi iləbağlı dediyim sözlər və verdiyim tapşırıqlar birməqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsilyetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu birdaha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxredə bilərik”. Gənclərin idmana marağının artması həmdə vətənpərvərlik nümunəsidir. İdmançılarımızbeynəlxalq yarışlarda dövlətimizin bayrağınıyüksəldirlər, himnimizi səsləndirirlər. İnanırıq ki, bundan sonra da Azərbaycanda yeni nəsil idmançıgənclər yetişəcək. Onlar hər zamankı kimi ölkəmizibeynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında yüksəksəviyyədə təmsil edəcəklər.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay