Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Türkiyənin paytaxtı Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Azərbaycanın Xalq artisti, əməkdar incəsənət xadimi, aktyor, rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun 70 illik yubileyi keçirilib...

“Report”un Ankara Bürosunun xəbərinə görə, təntənəli yubiley mərasimi TÜRKSOY başda olmaqla Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri TÜRKSOY-un Baş katibi Sultan Raev açaraq bildirib ki, C.Novruzov Azərbaycan və Türk dünyasında teatr yaradıcılığının inkişafında böyük xidmətlər göstərib. O, C.Novruzovun son 30 ildə türk dünyası üçün yüzlərlə sənətkar yetişdirdiyini bildirib və sənətkara təşkilatın adından təşəkkürünü bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov C.Novruzovun həyat və yaradıcılığından danışıb. Səfir Azərbaycan dövləti və xalqı tərəfindən C.Novruzovun çoxsaylı təltiflərinin olduğunu deyib.

TÜRKSOY-dakı daimi nümayəndə Elçin Qafarlı tədbir iştirakçılarını C.Novruzovun 70 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ünvanlanan təbrik məktubunun mətni ilə tanış edib.

C.Novruzov sonda çıxış edərək babası, Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Zeynalov və anası, tanınmış Xalq artisti, mərhum Nəsibə Zeynalovadan bəhs edib. Aktyor deyib ki, onların mənəvi mirasının daşıyıcısı olaraq türk dünyasına göstərdiyi xidmətdən qürur duyur: "Türk bayrağının dalğalandığı hər yerdə xidmət etməkdən qürur duyuram və Turan Teatrının yaranacağı günə çox az qaldığına inanıram”.

Tədbirdə C.Novruzovun sənətkarlıq fəaliyyəti ilə bağlı film və fotosərgi nümayiş etdirilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay