Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Dünyada qloballaşmanın dağılması, regional birlik və təşkilatların əhəmiyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı yeni geosiyasi vəziyyət yaranır. Bu baxımdan Rusiya və Azərbaycan kimi bir-birinə vacib olan iki ölkə Rusiya liderinin Bakıya dövlət səfərini hər iki tərəf üçün aktual görünən bütün məsələlərin müzakirəsi üçün istifadə edəcək...

Poliqon axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı tanınmış politoloq İqor Korotçenko Rusiya Prezidenti Vladimir Putinin Bakıya baş tutacaq səfərini "Vestnik Kavkaza"ya şərh edərkən deyib.

"Rusiya prezidentinin səfəri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi, Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün genişmiqyaslı proqramların həyata keçirildiyi şəraitdə baş tutacaq. AzərbaycanErmənistan arasında sülh müqaviləsinin hazırlanması da son mərhələdədir.

Eyni zamanda, Ermənistandan bir növ "Troya atı" kimi istifadə edərək, Cənubi Qafqaza nüfuz etmək və orada möhkəmlənmək üçün regiondankənar oyunçuların israrlı səylərini görürük. Bu, istisnasız olaraq Cənubi Qafqazın bütün ölkələri üçün ciddi təhlükəsizlik çağırışıdır və prezidentlər bu barədə mütləq danışacaq.

Rusiya ilə Azərbaycan arasında regionlararası, siyasi, ticari-iqtisadi əlaqələr, o cümlədən enerji sektoru uğurla inkişaf edir. Rusiya siyasi rəhbərliyi Azərbaycana ən mühüm strateji tərəfdaş kimi baxır. Ümumiyyətlə, Azərbaycanın nüfuzu artır, xalqa və iqtisadiyyata xeyir vermək üçün Rusiya-Azərbaycan birgə səyləri son dərəcə vacib görünür", - o bildirib.

Politoloq qeyd edib ki, əvvəlki dövrdə Azərbaycan Rusiya silahlarının ən böyük alıcılarından biri olub:

"Hərbi-texniki əməkdaşlıq məsələlərinin də Vladimir Putinin İlham Əliyevlə aparacağı danışıqların mühüm tərkib hissəsinə çevriləcəyini deməyə əsas var. Gözləyirik ki, səfər zamanı Rusiyanın müxtəlif profilli şirkətlərinin işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpasında iştirakına dair razılaşmalar da əldə olunacaq.

Bu, çox ciddi səfərdir, prinsipial xarakter daşıyır".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay