Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda ata və oğulu bıçaqlayan şəxs tutulub - Yenilənib

Xaçmazda qətl törədən şəxs tutulub..

Xaçmaz rayon Prokurorluğundan verilən xəbərə görə, avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib"-deyə məlumatda deyilir.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Xaçmazda ata və oğlu davada bıçaqlanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Nabran kəndində qeydə alınıb

Köhnə-Xudat kənd sakinləri-1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay