Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Universitetlərdə niyə distant təhsil hələ də qalır?

Ali məktəblərdə distant təhsillə tədrisin aparılması qanunvericiliyə nə qədər uyğundur?..

Təhsil eksperti: “Nazirliklər Kabineti ilə universitetlərin verdiyi qərarda birbaşa ziddiyyət var”.

“Təəssüflər olsun ki, orta ixtisas və ali məktəblərin bir çox ixtisaslarında dərslər həm əyani, həm də distant formada təşkil edilir. Bu təhsil müəssisələrində mühazirələr onlayn, seminarlar isə əyani formada həyata keçirilir”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi universitetlərdə hələ də distant təhsil formasının davam etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın (Qaydalar) tələblərinə görə, ali təhsil müəssisələrində auditoriyalarda tələbələrin sayı auditoriya tutumunun 70%-dən çox olmamalıdır.

Qeyd edək ki, orta məktəblərdə təhsil əyani formada keçirilsə də, ali məktəblərə təhsil distant formada keçirilir. Ali məktəblərdə təhsil niyə əyani formada keçirilmir və distant təhsillə tədrisin aparılması qanunvericiliyə nə qədər uyğundur?

Universitetlərin distant təhsil formasını davam etdirməsini PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Universitetlər distant təhsili Nazirlər Kabinetinin verdiyi qərarın sonuncu bəndinə uyğun olaraq həyata keçirir”.

Əyani təhsil həm tələbələrin, həm şagirdlərin daha yaxşı mənimsədiyi düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, tələbələrə daha keyfiyyətli təhsil vermək üçün birbaşa əyani təhsilə başlamaq daha məqsədəuyğun idi:

“Bildiyimiz kimi sentyabrın 22-dən ibtidai siniflər, 29 sentyabrdan isə 5-11-ci siniflər, ali məktəblər əyani təhsilə başladı. Buna baxmayaraq təəssüflər olsun ki, orta ixtisas və ali məktəblərin bir çox ixtisaslarında dərslər həm əyani, həm də distant formada təşkil edilir. Bu təhsil müəssisələrində mühazirələr onlayn, seminarlar isə əyani formada həyata keçirilir.

Nazirliklər Kabineti ilə universitetlərin verdiyi qərarda birbaşa ziddiyyət var. Amma universitetlər bu qərarı Nazirlər Kabinetinin verdiyi qərarın sonuncu bəndinə uyğun olaraq həyata keçirir. Qərarın sonuncu bəndindən deyilir ki, mövcud pandemiya şəraitini nəzərə alaraq eptemoloji qərara əsasən dərslərin tədrisi həyata keçirilsin. Buna görə də universitetlər yoluxma hallarını nəzərə alaraq, eyni zamanda vaksinasiya prosesindən hələ də keçməyən tələbələri nəzərə alaraq dərslərin müəyyən hissəsinin distant formada keçirilməsinə qərar veriblər.

Elçin Əfəndi: “Yaxşı olardı ki, qısa müddət əyani formalı təhsilə keçid edək”.

Amma düşünürəm ki, tədricən artıq bu sistemdən çıxmaq lazımdır. Yəni dərsləri birbaşa əyani qaydada həyata keçirmək lazımdır. Bildiyimiz kimi təhsil haqqında qanunda distant təhsil tanınmır. Biz postmajor hal kimi bundan istifadə ediriksə, yaxşı olardı ki, qısa müddət əyani formalı təhsilə keçid edək.

Onu da qeyd edim ki, əyani təhsil həm abituriyentlər, həm şagirdlər daha yaxşı mənimsəyirlər. Bundan əlavə rayondan gələn tələblər artıq Bakıda kirayə mənzil tutublar. Amma hədəfinin müəyyən günü universitetlərə gedir, müəyən günləri isə getmirlər. Bu da onlar üçün əlavə sosial problemdir. Buna görə də birbaşa əyani təhsilə başlamaq daha məqsədəuyğun hesab oluna bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar