Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ermənistanın baş naziri Azərbaycanla hazırda razılaşdırılmış maddələrlə sülh sazişini imzalamaq istəyir...

Politoloq: “Paşinyanın tələsik sülh sazişini imzalaması cəhdi daxili auditoriyaya hesablanıb”.

Ermənistanın baş naziri bu cür fikirlər söyləməklə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı bir beynəlxalq koalisiya yaratmaq cəhdləri güdür”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın baş nazirinin sülh müqaviləsi ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə mətbuat konfransı keçirən Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra maraqlı açıqlamalar verib. Onlardan biri də Paşinyanın Azərbaycanla hazırda razılaşdırılmış maddələrlə sülh sazişini imzalamaq təklifi olub. Paşinyan bildirib ki, sülh sazişində 17 maddə var və onlardan 13-ü və sazişin giriş hissəsi artıq razılaşdırılıb. Paşinyanın bu təklifini necə dəyərləndirmək olar və hansı səbəbdən Paşinyan Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ermənistanın baş nazirinin son açıqlamasını Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə etdiyi.

Samir Hümbətov: “Paşinyanın sülh müqaviləsini tez imzalamaq istəyinin arxasında başqa güclər də dayanır”.

Bunun sülhün prosesini manipulyasiya edən bir addım olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası varsa, sülh müqaviləsinin imzalanmasının mənası yoxdur:

“Düşünürəm ki, Paşinyanın tələsik sülh sazişini imzalaması cəhdi daxili auditoriyaya hesablanıb. Eyni zamanda bu beynəlxaq ictimaiyyətə hesablanmış bir hərəkətdir. Əslində Paşinyan guya beynəlxalq ictimaiyyətə və Ermənsitan xalqına göstərmək istəyir ki, onlar sülhverədir. Razılaşdırılmış mətnlərin üzərindən sülh müqaviləsini imzalamağa hazırdırlar.

Halbuki, bu sülhün prosesini manipulyasiya edən bir addımdır. Məsələ burasındadır ki, Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası varsa, sülh müqaviləsinin imzalanmasının mənası yoxdur. Əgər bu şərtlə sülh müqaviləsi imzalansa, bu nəticə verməyəcək. Çünki istənilən halda Ermənistan yenə öz əməllərindən əl çəkməyəcək.

Həmçinin hesab edirəm ki, Paşinyanın sülh müqaviləsini tez imzalamaq istəyinin arxasında başqa güclər də dayanır. Onların da məqsədi odur ki, Azərbaycan razılaşmayanda ölkəmizi təcavüzdə ittiham etsinlər. Həmçinin Paşinyan bu cür fikirlər söyləməklə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı bir beynəlxalq koalisiya yaratmaq cəhdləri güdür. Buna görə də, düşünmürəm ki, Paşinyanın söylədiyi fikirlər sadəcə və sadəcə sobataj edilməyə hesablanıb”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar