Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynananı “nasizmdən təmizləyənlərin” siması - Duqinin “Rusiya olmasa, bəşəriyyət də ola bilməz” təhdidi...

İndi Rusiyadan ən yüksək səslə “Rusiya olmasa, bəşəriyyət də ola bilməz” tezisinin səsləndirilməsi Rusiyanın yox olmaqdan qurtara bilərmi və bu şantaj xarakterli təhdidlərin qalib gələ bilmə ehtimalı bizə hansı gələcəkdən xəbər verir?..

Politoloq: “Ruslar özlərinin dünyaya hansısa sivilizasiyaya gətirdiklərini söyləyə bilməzlər. Heç hansısa sivilizasiyaya mənsub olduqlarını da sübut edə bilməzlər”.

“Ümumiyyətlə son zamanlar Putin rusların seçmə xalqlardan olduğu barədə tez-tez fikirlər səsləndirir”.

Bu sözləri politoloq Qabil Hüseynli rusiyalı filosof Aleksandr Duqinin Rusiya haqqındakı son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı filosof Aleksandr Duqin sırf faşist ritorikası ilə çıxış edərək bildirib ki, Rusiya olmasa, bəşəriyyət də ola bilməz. Kremlin bu günkü təcavüzkar siyasətinin memarlarında olan Duqin: “Bu dünyada yaşamaq istəyirsənsə, böyük və müstəqil Rusiyanı qəbul etməlisən. Tariximizin hər mərhələsində qalib gəlməyi bacarmışıq. Dəyərsiz hər kəs öləcək”, deyib.

Duqin qeyd edib ki, bu hərbi əməliyyat bizim üçün ölüm-qalım məsələsidir: “Ya var olacağıq, ya da məhv olacağıq. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu ola bilməz. Əgər olsa, nə Putin, nə Rusiya, nə də dünya olacaq.Çünki hər şeyi riskə atdıq. Nüvə hücumu ilə üzləşsək, NATO müharibəyə müdaxilə etsə, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmalı olacağıq”.

Qeyd edək ki, eyni bu fikirləri 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin də səsləndirmişdi. Tarixdə çoxlu dövlətlər yaranıb və yox olub. Onların yerinə isə başqa dövlətlər yaranıb. Bəzən isə bir xalq, etnos onlarla dövlət yaradıb. Belə bəyanatlar isə ancaq Üçüncü Reyxdə səsləndirilirdi. Acınacaqlı olan isə odur ki, bu gün Ukraynada faşizmə qarşı müharibə etdiklərini idda edən siyasətçilər məhz alman nasizminə aid olan tezisləri təkrarlayırlar. Bu isə həqiqətdə kimin nasist olduğunu ortaya qoymaqdadır.

Kremlə yaxın olan şəxslərin Ukraynadakı müharibədə məğlub olma qorxusu altında bu tipli bəyanatlar səsləndirməsini necə dəyərləndirmək olar? İndi Rusiyadan ən yüksək səslə “Rusiya olmasa, bəşəriyyət də ola bilməz” tezisinin səsləndirilməsi Rusiyanın yox olmaqdan qurtara bilərmi və bu şantaj xarakterli təhdidlərin qalib gələ bilmə ehtimalı bizə hansı gələcəkdən xəbər verir?

Duqinin faşist ritorikasını PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiya dünya sivilizasiyasına töhvə verməkdən daha çox, dünya sivilizasiyasını məhv etmək, dağıtmaq istiqamətində fəaliyyət göstərib və göstərir”.

Rusiyanın timsalında öz iddialarını həyata keçirmək adına millətlər və xalqlar arasında qırğınlar törədən daha bir dövlətin sıradan çıxacağını proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, indiki hadisələr Rusiyanı bu prosesə doğru aparmaqdadır və Rusiyanın sonu bu cür də olacaq:

“Duqinin fikirləri çox sərsəm fikirlərdir və rasizmi təbliğ edir. Tarixdə o qədər dövlətlər olub ki, indi onlar yoxdurlar. Bir dövlətin siyasi proseslər nəticəsində yox olması təbii prosesdir və bu proses indi Rusiya ətrafında gedir. Lakin bir dövlətin yox olmamasına görə bütün insanlığı və planeti məhv eləmək doğrudan absurd və qəbul eilməz ideyadır və belə tezisləri ancaq xəstə ruhlu adamlar səsləndirə bilər.

Dünya sivilizasiyasına Rusiyanın verdiyi töhfələr göz önündədir. Rusiya dünya sivilizasiyasına töhvə verməkdən daha çox, dünya sivilizasiyasını məhv etmək, dağıtmaq istiqamətində fəaliyyət göstərir.

Daim işğalçılıq siyasəti aparan, daimi başqalarının torpaqlarını ələ keçirməyə çalışan bir dövlətin məhv olması isə təbii prossesdir və Rusiyanın məhvi ilə bəşəriyyət məhv olmaz. Bu fikirləri səsləndirmək isə ən adi faşizmdir.

Qabil Hüseynli: “Mən inanıram ki, Putin Ukrayna vəhşiliyə görə beynəlxalq tribunala cəlb ediləcək. Rusiya prezidenti orada bu məsələdən daha aydın danışar”.

Ümumiyyətlə son zamanlar Putin rusların seçmə xalqlardan olduğu barədə tez-tez fikirlər səsləndirir. Putinin bu kəlmələrini nitqlə məruzə etmək də mümkün deyil. Ruslar özlərinin dünyaya hansısa sivilizasiyaya gətirdiklərini söyləyə bilməzlər. Heç hansısa sivilizasiyaya mənsub olduqlarını da sübut edə bilməzlər.

Rusiyanın Ukraynada törətdiyi vəhşiliyi dillə ifadə etmək mümkün deyil. Bütün bunlara görə də dünya xalqları Putin və onun xalqına qarşı müəyyən addımlar atır. Mən inanıram ki, Putin Ukrayna vəhşiliyə görə beynəlxalq tribunala cəlb ediləcək. Rusiya prezidenti orada bu məsələdən daha aydın danışar.

Düşünürəm ki, Qərb axıra qədər Rusiyaya etdiyi təzyiq siyasətinin üzərində dayansa, müstəmləkə, imperiya dövləti olan Rusiyanın axırına çıxmaq olar. Beləliklə də dünyada qarşıdurmalar yaradan, millətlər və xalqlar arasında da qarşıdurmalar yaradan və qırğınlar törədən daha bir dövlət sıradan çıxa bilər. İndiki hadisələr Rusiyanı bu prosesə doğru aparmaqdadır və Rusiyanın sonu bu cür də olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ən çox oxunanalar