Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uğursuz Vyana danışıqları - “Nüvə sazişi” fars xalçaları kimi ilmə-ilmə toxunur?..

İran nümayəndə heyəti mühafizəkar prezident İbrahim Rəisinin gəlişindən sonra “mümkünsüz” deyilə biləcək üç məsələni gündəmə gətirib. Məqsəd uranın zənginləşdirilməsi fəaliyyətini sürətləndirmək üçün daha çox vaxt qazanmaqdır...

Racih Huri
“The Independent” qəzeti, 19 dekabr 2021-ci il

Aprel və iyun aylarında danışıqlar dayandırıldıqdan sonra Tehran 5 ay yarım zaman qazandı. Vyanada nüvə danışıqları bərpa olunanda daha çox vaxt qazanmaq üçünsə yenidən üç məsələ qaldırdı.

İranin uranın zənginləşdirilməsi üzrə fəaliyyətini sürətləndirməsi və bu göstəricini 60%-ə çatdırması istisna olmaqla, Vyanada 6 sessiya keçirilib və bu müzakirələrdə heç bir nəticə əldə olunmayıb. İranın da yaxşı bildiyi kimi, danışıqlara mane olmaq və ləngitmək üçün irəli sürülən tələb və şərtlər heç vaxt qəbul edilməyəcək.

Tehranın nüvə ambisiyalarına qarşı Qərb ölkələrinin münasibətinə daha yaxın olan Rusiya və Çini nəzərə aldıqda bu, xüsusilə, aydın şəkildə nəzərə çarpır.

İran nümayəndə heyəti bu dəfə mühafizəkar prezident İbrahim Rəisinin gəlişindən sonra “mümkünsüz” deyilə biləcək üç məsələni gündəmə gətirib. Məqsəd uranın zənginləşdirilməsi fəaliyyətini sürətləndirmək üçün daha çox vaxt qazanmaqdır.

Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Natanz obyektindəki kameralara girişi qadağan edilən nəzarət funksiyası ilə bağlı müzakirələr hələ də davam edir.

Birinci məsələ İranın danışıqlar qrupunun rəhbəri Əli Bakiri Kaninin danışıqlara sıfırdan başlamaq, yəni bütün nəticələri ləğv etmək tələbi ilə ilk iclasda yanında nəhəng bir silgi ilə meydana çıxması idi.

Avropa ölkələrinin tənqidi və Amerika tərəfinin sərt rədd cavabı ilə yanaşı, hətta Rusiya nümayəndəsi Mixail Ulyanov və Çin nümayəndəsi Vanq Çun da bu tələbə məəttəl qalıb.

İkinci məsələ ondan ibarətdir ki, Tehran icrası mümkün olmayan iki tələb irəli sürüb. Birincisi, Tehranın ABŞ-dan qəbuledilməz şərtlər tələb etməsidir. İran ona qərar qəbul etmək və ya etiraz etmək hüququ verəcək “yoxlama mexanizminin” imzalanmasını, həmçinin sanksiyaların dərhal ləğvini tələb edir. Tehran həmçinin ABŞ-ın yeni imzalanaacq müqaviləni ləğv edə bilməyəcəyi barədə yazılı öhdəlik götürməsini istəyir.

Bu, Baydenin üzərinə götürə bilməyəcəyi və varislərini əməl etməyə məcbur edə bilməyəcəyi bir şeydir.

İranın tələb etdiyi digər öhdəlik Avropalı tərəfdaşlarının ona qarşı tətbiq edilən sanksiyalarda iştirak etməyə məcbur edilməməsidir.

Üçüncü məsələ İranın birinci addımı atmaqdan imtina etməsi və eyni zamanda, ABŞ prezidentinin təklif etdiyi prosesin “adaptasiya üçün addım” mexanizmi ilə reallaşmasını qəbul etməməsidir.

Bundan əlavə, İran istər saziş mətninin genişləndirilməsi, istərsə də əlavə saziş kontekstində ballistik raketlərin hazırlanması və sabitliyi pozan regional siyasəti müzakirə etməkdən də imtina edir. İranın danışıqları pozan mövqeyindən sonra danışıqlar prosesində çıxılmaz vəziyyət yaranıb və onun “danışıqlar prosesini uğursuz hala gətirməsi” yönündə olan ittihamlar daha da artıb.

Bundan başqa, ABŞ-ın hərbi əməliyyatlar etməklə hədəməsi və sanksiyaların genişləndirilməsi ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Bu, İsrailin İranın nüvə obyektlərinə hücum edərək gərginliyi daha da artırması ilə müşayiət olunub. Bunun üzərinə Əli Bakiri Kaninin: “Hər şey müzakirəyə açıqdır”, deyərək geri addım atmağa hazır olduqlarını vurğulaması ilə İran heyəti daha çox zaman qazanmaq üçün ciddi bir manevr edib.

Səbr və zaman oyunu açıq-aydın oynanılır, daha doğrusu, açıq və gizli tikişlərlə xalçaçılıq prosesi gedir.

Beləliklə, uranın zənginləşdirmə prosesi sürətlə davam edərkən və nüvə silahı əldə etmək ərəfəsində daha çox vaxt qazanmağa çalışır.

Danışıqların bu nöqtədə ilişməsi barədə bir İran rəsmisi deyir:

“Müqaviləni kim pozdu? Amerikalılar... Bunu kim kompensasiya etməli və çevik olmalıdır? Əlbəttə ki, amerikalılar”.

Bu sözlər İranın mövqeyinin yığcam və tam ifadəsidir. İran təkcə Vaşinqtona və onun avropalı müttəfiqlərinə öz şərtlərini tətbiq etmək istəmir, əksinə, sanksiyalar nəticəsində çökmüş iqtisadiyyatına görə onlardan təzminat da tələb etmək istəyir.

Digər tərəfdən, son iki həftədə və xüsusilə də İsrailin müdafiə naziri Benni Qantzın Vaşinqtona səfəri ilə hərbi əməliyyat vəziyyəti ortaya çıxıb. Qantz izah edib ki, Amerikalı səlahiyyətlilərə İsrail ordusunun İrana zərbə endirməyə hazırlaşmaq üçün verilən təlimatlar və bu əməliyyatların tarixi haqqında məlumat verib. Bu, ABŞ-ın müdafiə naziri Loyd Ostinin: “İranlılar Vyanada oyun oynayır və Avropa bunu bilir”, deməsindən sonra baş verib.

ABŞ Hərbi Hava Qüvvələri lazerlə idarə olunan GBU-72 bunker deşici qumbaraatanının uğurla sınaqdan keçirildiyini elan edib. Bu bomba İrana gəldikdə böyük əhəmiyyət kəsb edir, çünki o, dağların dərinliklərində bərk beton maneələri deşmək üçün nəzərdə tutulub. Bununla belə, İran Simnan bölgəsindən raket atmağa hazır olduğunu tezliklə bəyan edib.

Vaşinqton İranın “nüvə silahı daşıya bilən hər hansı ballistik raket fəaliyyəti” həyata keçirməməsini şərtləndirən Təhlükəsizlik Şurasının qətnaməsini önə çəkib və belə bir addımı sözügedən qətnamənin pozulması kimi qiymətləndirib.

Yəqin buna görə də, İsrail bir neçə gün əvvəl Dəməşq və Hüms yaxınlığında qeyri-ənənəvi silahlardan istifadə etməklə 8 iyun əməliyyatını bilərəkdən elan edib. Bu hücumlarda İsrail kimyəvi qazlar istehsal edən yeraltı sahələri hədəf alıb və böyük qalınlıqdakı betonlara nüfuz edə bilən bombalardan istifadə edib. Bu, birbaşa İrana xəbərdarlıq mesajı kimi qiymətləndirilib.

Lakin bütün bu tamaşa və güc nümayişi artıq Vyana danışıqlarının mahiyyəti ilə uyğun gəlmir. Belə ki, danışıqlar masası danışıqlarda iştirak edənlərin mühüm və təsirli bəyanatlarının kəsişdiyi beynəlxalq şahmat taxtasına çevrilib. Məsələn, Rusiyanın mövqeyində Mixail Ulyanov tərəfindən ifadə edilən dəyişiklik heç də şişirtmə deyil.

Aydındır ki, iranlılar “bu gün nəyisə qəbul edib, sabah geri çəkilmək” kimi ifadə oluna biləcək akrobatik oyun oynayırlar və “nüvə bazarlığını” belə bir strategiya ilə, fars xalçası kimi bəzən gizli, bəzən də açıq tikişlərlə həyata keçirirlər.

Lakin İran iqtisadi cəhətdən nəfəs ala bilmir. Bir neçə gün əvvəl açıqlanan yeni dövlət büdcəsi buna əyani sübutdur. Bu durum İranı tezliklə müqaviləyə geri qaytara bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay