Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb

Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqasının kubokunun Azərbaycana gətiriləcəyi tarix açıqlanıb

Kubok mayın 16-da Bakıya gətiriləcək. Kubok səyahətinə martın 9-da Cenevrədə start veriləcək. Martın 22-23-də Sevilya, ayın 29-30-da Berlin, aprelin 5-6-da London, 12-də Milan, səkkiz gün sonra Moskva, mayın 10-da Parisdə olacaq kubok daha sonra paytaxtımıza göndəriləcək.

Səyahət çərçivəsində azarkeşlər kuboku görmək imkanı əldə edəcəklər. Həmçinin mükafat yerli həvəskar klublar və məktəblərdə də nümayiş olunacaq. Eləcə də kampaniya çərçivəsində futbolçu və azarkeşlər istifadə olunmuş idman geyimlərini UEFA-nın Fonduna bağışlamağa təşviq ediləcəklər. Bu geyimlər İordaniyadakı Zaatari qaçqın düşərgəsindəki suriyalı uşaqlara bağışlanacaq.

UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.(virtualaz.org)

pia.az


Etiket: Kubok

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - Yenilənib

Ən çox oxunanalar