Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucarda şagird intihara cəhdinin səbəbini açıqlayıb - Yenilənib

Ucarda intihara cəhd edən VIII sinif şagirdi Zəhra Əzizova bunun səbəbini açıqlayıb.

Məsələ ilə bağlı APA-nın yerli bürosuna açıqlama verən Zəhra Əzizova iddia edib ki, intihara cəhd etməsinə səbəb sinif yoldaşlarının və məktəb direktorunun ona qarşı haqsız hərəkətləri olub:
“Yanvarın 6-da sinif yoldaşım Nəzrin mənim saçımdan tutub sürüyüb, paltarlarımı cırıb, məni təhqir edib. Sinif yoldaşlarım neçə müddətdir ki, mənimlə danışmır. Hər gün mənə qarşı haqsızlıq edirlər. Məktəbin direktoruna da demişəm. Nəzrinin anası direktorla dost olduğundan o da həmişə məni haqsız sayır, Nəzrinə tərəf çıxır. Mən də bezdim və özümü öldürmək istədim. Əvvəlcə özümü məktəbin pəncərəsindən atmaq istəsəm də, sonra fikrimdən daşınıb yerdən tapdığım şüşə parçası ilə qolumun damarlarını kəsdim”.

Z. Əzizova deyib ki, ona qarşı edilən haqsızlığın əsas səbəbi əla qiymətlərlə oxuması və sinif nümayəndəsi olmasıdır: “Nəzrin sinif nümayəndəsi olmaq istəyir, ona görə də məni hər gün incidir, sinif yoldaşlarıma da tapşırıb ki, mənimlə danışmasınlar”.

İntihara cəhd edən məktəblinin atası Nicat Əzizov da qızının intihara cəhd etməsinin əsas səbəbkarının məktəbin direktoru Səkinə Səfərəliyeva olduğunu iddia edib: “Artıq 2 ilə yaxındır ki, məktəbdə qızıma qarşı olan haqsızlıq barədə məktəb direktoruna məlumat vermişəm və bu məsələnin həll olunmasını xahiş etmişəm. Səkinə müəllimə də hər dəfə məsələnin həll olunacağını deyib. Amma heç bir tədbir görməyib. Əksinə, vəziyyət o yerə çatıb ki, qızım özünü öldürmək istəyib”.

Nicat Əzizov məktəb rəhbərliyi tərəfindən yaradılmış problemlə bağlı rayon Polis Şöbəsinə və prokurorluğuna ərizə ilə müraciət etdiyini bildirib.

APA-nın yerli bürosu məsələ ilə bağlı məktəbin direktorundan münasibət öyrənmək istəsə də, direktor görüşmək istəmədiyini bildirib. Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədov da məsələyə münasibət bildirməyib.

***

Ucar rayon Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlunun Qaradağlı kənd tam orta məktəbinin 8-ci sinfində təhsil alan qızı Zəhra Əzizovanın sinif yoldaşı Nəzrin Daşdəmirli tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində birincinin intihara cəhd etməsi barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, təhsil nazirinə isə ərizə ilə müraciət edib.

Bu barədə Ucar Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hər iki müraciət araşdırılıb. Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıblar. Məlum olub ki, 8-ci sinifdə təhsil alan Əzizova Zəhra Nicat qızı və Daşdəmirli Nəzrin Hasil qızı eyni sinifdə təhsil alıblar. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb. Şagirdlərin valideynləri arasında olan münaqişə məktəbdə şagirdlərin də münasibətlərinin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva (məktəbdə psixoloq vəzifəsi vakantdır) dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah edib. Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub (Qaradağlı kənd tam orta məktəbində 8-ci sinif üzrə bir sinif var). Hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib.

***

Ucar rayonunun Qaradağlı kənd məktəbində kənd sakini, 13 yaşlı Zəhra Əzizova sinif yoldaşı Nəzrin Daşdəmirli tərəfindən təhqir edilməsi və döyülərək xəsarətlər yetirməsi barədə məlumat yayılıb. Məlumata görə, bu hadisədən sonra Z. Əzizova intihara cəhd edib və bilək nahiyəsini kəsib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırlır: "Məlumat təqdim olunacaq".

Faktla bağlı prokurorluq da araşdırmaya başlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay