Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə kosmonavt olmaq üçün 36 min adam qeydiyyatdan keçdi

Milli Kosmos Proqramı çərçivəsində ilk türk astronavtı 2023-cü ildə Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.

Bu barədə Türkiyə Kosmik Agentliyinin sədri Serdar Hüseyn Yıldırım İzmir İqtisadiyyat Universiteti Kosmos və Aviasiya Texnologiyaları Klubunun təşkil etdiyi “Milli Kosmos Proqramı üzrə Türkiyənin Kosmos Missiyası və Türk Astronavt Missiyası” adlı konfransda çıxışı zamanı deyib.

İzmir İqtisadiyyat Universitetində (İİU) konfrans verən Türkiyə Kosmik Agentliyinin prezidenti Milli Kosmos Proqramı çərçivəsində 2023-cü ildə ilk türk astronavtının kosmosa göndəriləcəyini və bununla bağlı müraciətlərin davam etdiyini xatırladıb, eyni zamanda kosmosa getmək üçün qeydiyyatdan keçənlərin sayının 36 min civarında olduğunu bildirib.

“Türk sərnişinlər üçün müraciətlər durmadan artır. Ən son kliklər 5 milyonu keçib. Müraciət etmək üçün qeydiyyat tələb olunur. Bir neçə gün əvvəl qeydiyyatdan keçənlərin sayı 36 min civarında idi. Ərizə dolduranların sayı 500-ə çatıb və bunun 100-ə çatacağını düşünürük. Ancaq bu rəqəm mütləq ikiyə enəcək. Çünki iki nəfər təlim keçəcək, lakin bir nəfər Beynəlxalq Kosmik Stansiyaya gedəcək və təcrübələrimizi həyata keçirəcək”, - deyə o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Ən çox oxunanalar