Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə parlamentinə düşən yeganə erməni kimdir? - Ermənilər ona ümid bəsləmir...

Türkiyədə keçirilən parlament seçkilərində cəmi bir erməni mandat qazanıb....

Bu, hakim olan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Sevan Sıvacoğludur. Amma ermənilər ona ümid bəsləmir.

Poliqon xəbər verir ki, bu barədə İstanbulda nəşr olunan ermənidilli “Agos” qəzetinin redaktoru Baqrat Estukyan məlumat verib.

Onun sözlərinə görə, Sivacoğlu ötən il hakim partiyaya daxil olub və bu il parlament seçkilərində deputatlığa namizədliyi irəli sürülüb.

“Sıvacoğlu “Surb Prkiç” erməni xəstəxanasında işləyib. Universitetdən əvvəl İstanbulun mərkəzi seminariyasında təhsil alıb. Erməni icmasında tanınmış şəxs deyildi və yalnız indi məşhurlaşıb”, deyə Estukyan bildirib.

Redaktor bildirib ki, deputat təkbaşına heç nə edə bilməz və buna görə də Türkiyə erməniləri ona böyük ümid bəsləmir:

“O, təkbaşına Ermənistanın gündəmindəki mühüm mövzuları və ictimaiyyəti narahat edən məsələləri ardıcıl şəkildə təbliğ etmək iqtidarında deyil. Onun hakim siyasi qüvvəyə qoşulduğunu nəzərə alsaq, Sivacoğlu Türkiyə parlamentində özünü Karo Paylan (kürd yönümlü Xalqların Demokratik Partiyasının üzvü) kimi apara bilməyəcək”.

Estukyanın sözlərinə görə, Sivacoğlu inzibati məsələləri təbliğ edə və müxtəlif sorğulara məqsədli cavablar verə bilər.

Qeyd edək ki, bundan əvvəlki parlamentdə üç erməni əsilli deputat var idi və onların Xalqların Demokratik Partiyasını təmsil edirdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay