Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə kəşfiyyatı İraqın şimalında iki terrorçu dəstə başçısını tutub

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi xüsusi antiterror əməliyyat nəticəsində PKK terror təşkilatının iki üzvü saxlanılıb...

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik qurumlarından bildirilib.

Məlumata görə, terrorçular - “Şahan Cihan” kod adlı Hatip Güney və “Tekoşin Kamışlı-Civan” kod adlı Aya Ahmet Süleyman Türkiyəyə gətiriliblər.

Qeyd olunub ki, Hatip Güney 2019-cu ildə PKK-ya qoşulub. O, qanunsuz yolla İrana, oradan isə İraqa keçərək Asos adlı düşərgədə terror təlimindən keçib. O, İraqın şimalında Mahmur bölgəsində PKK-nın düşərgəsində dəstə başçısı olub. Aya Ahmet Süleyman isə 2015-ci ildə PKK/PYD-YPG terrorçu qruplaşmasına qoşulub. Suriyada 2 il fəaliyyət göstərdikdən sonra 2017-ci ildə Suriyadan İraqın Qara bölgəsinə keçib. Orada təlim aldıqdan sonra 2018-ci ildən Mahmur düşərgəsində dəstə başçısı olub.

Hər iki terrorçu müxtəlif terror aksiyalarında iştirak edib.

pia.az 


Etiket: Terrorçu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar