Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp erməniləri məyus edir, Bayden isə...

ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağda aktiv hərbi əməliyyatların aparılması ilə bağlı susması orada yaşayan erməniləri qəzəbləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzetində məqalə dərc olunub.

Qəzetin yazdığına görə, ABŞ-da sayları 1,5 milyona çatdığı iddia edilən erməni icması ölkə prezidentini və Konqresi təkidlə Azərbaycana və Türkiyəyə qarşı qəti tədbirlər görməyə çağırır.

Bu həftənin dördüncü günü isə yüzlərlə erməni əsilli amerikalı Ağ Evin qarşısında etiraz nümayişi keçirib.

“Biz Trampın Ermənistana dəstəyi o yana qalsın, heç olmasa tərəfləri sülhə çağıran bir tvitini görmək istəyirik. Ancaq heç bu da baş vermir”, - deyə nümayişdə iştirak edən Arsen Xaratyan adlı birisi qəzetə şikayətlənib.

Qəzet bu səbəbdən ermənilərin qarşıdan gələn seçkilərdə Co Baydenə səs verəcəyi anonsunu verib. Qeyd etmək lazımdır ki, C.Bayden bu ilin sentyabr ayının 29-da verdiyi bəyanatda prezident Trampdan AzərbaycanErmənistan liderlərini atəşi kəsməyə çağırmasını və Türkiyənin müdaxiləsini qınamasını istəyib.

Amerika Erməni milli komitəsinin (ANCA) icraçı direktoru Aram Amparyan Co Baydenin Türkiyə hökmətinə qarşı mövqeyindən məmnun olduqlarını gizlətməyib və eyni sözlərin Tramp tərəfindən səslənməsini gözlədiklərini söyləyib.

ANCA-nın Mərkəzi şurasına daxil olan Ara Çalyan da ermənilərin artıq Co Baydendən yana olduqlarını bildirib. Məsələn bu ilin iyun ayında Miçiqan ştatının parlamentinin erməni əsilli üzvü Mari Manukyan hər kəsi Co Baydenə səs verməyə çağırıb.

Ermənilərin ABŞ-da qurduqları ən böyük 7 təşkilatından biri sayılan Birləşmiş erməni fondunun prezidenti Arut Sasunyan da “The Armenian Weekly” qəzetinə verdiyi müsahibədə gələcək seçkilərdə Co Baydenə səs verəcəklərini deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Ən çox oxunanalar