Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə mina partlayışı nəticəsində 3 nəfər ölüb - Yenilənib

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb...

Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində minaya düşən şəxslərin cəsədləri ərazidən çıxarılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, meyitlər Tərtər rayon morquna gətirilib.

Qeyd edək ki, bu gün Tərtərdə mina partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu (Füzuli rayonu), Gözəlov Səxavət İsmayıl oğlu(Füzuli rayonu) və Sədiyev Fərid Mehman oğlu (Sumqayıt şəhəri) həlak olub.

***

Xəbər verildiyi kimi aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində 3 nəfər şəxsin ölməsi faktına görə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Poliqon.info-ya verilən məlumata görə, ilkin araşdırma zamanı partlayış nəticəsində zərərçəkmiş şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev olması müəyyən edilib.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Bu barədə Poliqon.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əlavə məlumat veriləcək.

***

Tərtər rayonunda mina partlayıb, ölənlər var.

Bu barədə Poliqon.info-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ən çox oxunanalar