Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski nazirləri işdən çıxarmasının səbəblərini açıqlayıb

Bu gün Ukrayna Nazirlər Kabinetində vəzifədən azad edilmələr dövləti gücləndirmək üçün lazımdır...

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı deyib.

“Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenilənməsi barədə danışmışam. Dörd il yarım, bəziləri isə beş il ərzində Ukrayna üçün və ukraynalılar naminə işləyən Nazirlər Kabinetinin bütün komandasına və nazirlərə çox minnətdaram”, - o bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün ölkənin yeni enerjiyə ehtiyacı var.

“Bu addımlar dövlətimizin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır, beynəlxalq siyasət və diplomatiya da istisna deyil”, - V.Zelenski qeyd edib.

Eyni zamanda prezident əlavə edib ki, nazirlərin işdən çıxarıldıqdan sonra konkret olaraq nə ilə məşğul olacaqlarını hələ proqnozlaşdıra bilmir. “Bunun cavabı onlara bu və ya digər vəzifələr təklif olunanda bəlli olacaq”, - o vurğulayıb.

Bu gün Ali Rada Olqa Stefanişinanın Ukrayna baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini, Ruslan Streletsin ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri, Aleksandr Kamışinin strateji sənaye naziri, Denis Malyuskanın isə ədliyyə naziri vəzifəsinən azad edilməsinin lehinə səs verib.

Dünən xarici işlər naziri Dmitri Kuleba da istefa verib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay