Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərbiyəsizliyin Elm və Təhsil Nazirliyi yanında İctimai Şura səviyyəsi

Bildiyiniz kimi, Qardaş Türkiyədə zəlzələ baş vərən kimi hər bir Azərbaycanlı göstəriş, əmr, buyruq gözləmədən cibində olmasa da, ürəyində olanından, kimi malından, kimi pulundan, kimisi də duasından fəlakət bölgəsinə yolladı...

Dövlət və özəl sektorun milyon manatlarla maddi, mənəvi yardımı hər kəsə bəllidir və bu davam edir.

Bu insanlıq borcudur və kiminsə minnəti, tapşırığı ilə olmur. Hər kəs imkanı daxilində yardım göstərir .

Deməli, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan AGMA (Əslində yaradıcısı elə bu nazirlikdir) adlı QHT belə bir rəsmi ərizə forması tərtib edib məktəblərə yollayıb.

Məktəb direktorları da Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın adını, təşkilatın adını görüb, həmçinin buna nazirliyin rəsmi şəxslərinin də təzyiqi var, onsuz da sosial qayğılar, maddi ehtiyaclar içində boğulan müəllimlərə “könüllü” olaraq imzaladırlar.

Qanunsuzluq və özbaşınalığın səviyyəsinə baxın. Hörmətli Elm və Təhsil Nazirliyi, başqa bir qurum sizə belə bir müraciət etsə, ona şərait yaradarsınız?

Əlbəttə ki YOX.

Deməli, mən elmi tədqiqat aparmaq, təhsil üçün əhəmiyyət kəsb edən araşdırma aparmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət etdim, mənə YOX cavabı verildi.

Deməli, bu AGMA – ya bir ay əvvəl 200 min manat məbləğində vəsait ayrılıb. Amma hara xərclənib?

Onların tədbir təşkil etdiyi məkanlar orta məktəblərdir və heç bir arenda ödənmir. İştirakçılar da müəllimlərdir, deməli resurslara da pul xərclənmir.

Guya bunlar ürəyi yanan çıxıb. Yüzlərlə Azərbaycan müəllimi öz əmək haqqını tam şəkildə zəlzələdən zərər çəkmişlərə bağışlayıb.

Yüz minlərlə müəllim öz əmək haqqından imkanı verən qədər müvafiq fondlara köçürüb.

Siz niyə bu saf, halal işə öz haram əlinizi uzadırsınız? Niyə yardım etmək məqsədilə belə iyrənclik edirsiniz?

Soruşacam ki, sizə kim ixtiyar verib, cavabı zatən məlumdur.

Hər qrant müsabiqəsində yüz minlərlə vəsaiti haram yolla əldə edirsiniz, köçürün də o puldan. Müəllimin 200 manat maaşına niyə göz dikirsiniz?

Siz müəllim işləmədiyiniz, müəllim maaşı ilə ailə dolandırmadığınız üçün onların sosial ehtiyaclarından xəbəriniz olmaz.

Bir dəfə də sizi müəllimin yanında, onun tapdanmış hüququnu müdafiə edən görsün də müəllimlər, ancaq onların cibinə və haqqına girə bilirsiniz.

Zəlzələdən zərər çəkmişlərə yardım fondunun hesabı da, ünvanı da açıqdır və Azərbaycan müəllimi oxuyub-anlama qabiliyyətinə malikdir. Özü bunu edə bilər.

Müəllimin haqqını qoruyun, onun əmək haqqını əlindən almayın.

Qanunsuz fəaliyyət və əməllərinizi təhsildən, müəllimdən çəkin.

Kamran Əsədov, təhsil eksperti

poliqon.info


Etiket: müəllim maaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar