Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsildə yeni agentlik fəaliyyətə başlayır – Hansı problemlərin həllinə ümid edə bilərik?

Bu agentliyin yaradılması ehtiyaca və tələbata uyğun kadr planlaşdırılmasının həllinə kömək edəcək?..

Təhsil eksperti: “Agentliyinin nizamnaməsi kifayət qədər əhatəlidir. Bu da təhsil sistemində böyük işlər görməyə imkan verir”.

“Ali təhsil müəssisələrimiz əmək bazarını tələblərinə cavab verəcək, müasir standartlara uyğun kadr hazırlığı həyata keçirə bilmir. Universitetlərimiz dünya reytinqində yoxdur”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov təhsil sistemində fəaliyyətə başlayacaq yeni agentliyin işini PİA.az-a şərh edərkən qeyd edib.

Təhsil sistemində bir sıra proseslərin asanlaşması üçün yeni bir agentlik fəaliyyətə başlayacaq. Artıq bununla bağlı qərar da verilib. Bu agnetlik vasitəsi ilə xüsusi bir peşədə çalışıb amma diplomu olmayan şəxslərə diplomlar veriləcək və ya xaricdə təhsil alıb diplomunu təstiqlətmək istəyənlər bu işi daha tez qaydada həyata keçirəcəklər.

Hər hansı peşə təhsili olmayan, amma o sahə üzrə işləyən şəxslərə diplomlar veriləcək. Bunu təhsil nazirliyi yanında yeni yaradılacaq təhsilin keyfiyyətinə təminat agentliyi həyata keçirəcək. Bu barədə təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

Nazir müavinin sözlərinə görə bu şəxslər xüsusi imtahanlardan keçib bilik və bacarıqlarını göstərdikdən sonra onlara xüsusi dövlət sənədi veriləcək.

Bu agentlik və görəcəyi iş barədə nə demək olar? Məlumdur ki, ali təhsil diplomu olanların iş tapmağında ölkədə çox çətinlikləri var. Bu agentliyin yaradılması problemin, yəni ehtiyaca və tələbata uyğun kadr plqnlqşdırılmasının həllinə kömək edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır”.

Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılmasının olduqca müsbət bir addım kimi qiymətləndirən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, bu ölkə prezidentinin təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlı olduğunun göstəricisidir:

“İlk növbədə qeyd edim ki, hal-hazırda təhsil sistemində islahatlar, təhsil sisteminin inkişafı ölkə başçısının əsas prioritet istiqamətlərindən birini təşkil edir. Təssüflər olsun ki, ölkədə dövlət tərəfindnə kifayət qədər diqqqət və qayğı göstərilmnəsinə baxmayaraq bu sahədə inkişaf nəzərə çarpacaq səviyyədə deyil. Ali təhsil müəssisələrimiz əmək bazarını tələblərinə cavab verəcək, müasir standartlara uyğun kadr hazırlığı həyata keçirə bilmir. Universitetlərimiz dünya reytinqində yoxdur.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə “Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb. Amma bu istiqamətdə görülən işlər yetərli deyil.

Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcəyini düşünürəm.

Kamran Əsədov: “Yaxın illərdə ölkəmizdə distant təhsil alanların da diplomları tanınacaq”.

Ölkə Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradıldı.

1. Agentlik Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yəni göstərdiyi xidmətlərlə maliyyələşən təşkilatdır.

2. Təhsildə Keyfiyyət Təminatı Agentliyi indiyə qədər fəaliyyət göstərən Akkreditasiya və Nostrifikasiya İdarəsinin bazasında formalaşacaq.

3. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bundan sonra təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

4.Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş sənədləri təstiq edəcək. Bu nə deməkdir?

Bu həm də o deməkdir ki, yaxın illərdə ölkəmizdə distant təhsil alanların da diplomları tanınacaq.

5. Ən maraqlısı:

Hər bir ixtisas (proqram) üzrə təhsil alanların say həddinin müəyyən edilməsi ilə bağlı təklif etmək hüququna malikdir. Və ya təhsil müəssisələrinin tələbə qəbulu proqnozunun formalaşdırılması prosesində iştirak etmək hüququ var ki, bu da yeni və vacib məsələdir.

6. Və ilk dəfə olaraq, ölkədə bir qurum:

A) Effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasına nəzarət edəcək.

B) Müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək verəcək.

Ümumilikdə Prezident tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması olduqca müsbət bir addımdır. Bu onu göstərir ki, ölkə prezidenti təhsilin inkişafında, keyfiyyətin artmasında, ali təhsil müəssisələrimizin dünya reytinqində yüksəlməsində maraqlıdır.

Agentliyinin nizamnaməsi kifayət qədər əhatəlidir. Bu da təhsil sistemində böyük işlər görməyə imkan verir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar