Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran Putin-Ərdoğan razılaşmasından məmnun deyil...

Suriya razılaşmasına baxmayaraq, İran hələ də Ərdoğanı tənqid edir...

“Al-Monitor” qəzeti

İran Xarici İşlər Nazirliyi şimali Suriyadakı Rusiya-Türkiyə razılaşmasını müsbət şəkildə qarşıladığı halda, İranda prezident Ərdoğana qarşı tənqidlər hələ də davam edir.

Şimali Suriyada yaxın tarixə qədər kürdlərin nəzarət etdiyi bölgədə Moskvanın və Ankaranın razılaşma əldə etməsi İranda müsbət şəkildə qarşılanıb.

Xarici İşlər Nazirliyinin müşaviri Abbas Musəvi qeyd edib:

Rusiya Federasiyası və Türkiyə Respublikası arasında şimali Suriyadakı zorakılığı bitirmək məqsədilə əldə edilmiş razılaşma bölgədə sülh və sabitlik yaratmaq üçün müsbət bir addımdır”.

İranın hər zaman danışıqlara üstünlük verdiyini və Ankara ilə Dəməşqin uzlaşması üçün hər cür cəhd edəcəyini bildirən Abbas əlavə edib ki, bu razılaşma Suriyanın ərazi bütövlüyünü və milli hakimiyyətini qoruyacaq və Türkiyənin təhlükəsizlik qayğısını bitirəcək. Bununla yanaşı müşavir bildirib ki, xarici qüvvələrin varlığı şimali Suriyadakı sabitliyə heç bir faydası yoxdur.

Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin 22 oktyabrda Soçidə imzaladığı 10 maddəlik sənədə əsasən, Türkiyə şimali Suriyadakı YPG adı ilə tanınan kürd əsgərlərini hədəf alan və tənqidlərə səbəb olan əməliyyata son qoyacaq. Bunun əvəzində YPG əsgərləri də 150 saat içində Türkiyə sərhədindən 30 km uzağa çəkiləcək, başqa sözlə, illərdir davam edən şiddətli Suriya müharibəsi nəticəsində ələ keçirdikləri ərazidən imtina edəcəklər.

İranın “Cumhuri İslami” qəzetinə görə, Ərdoğan Rusiyadan əliboş qayıdıb. Soçi görüşünü Ərdoğan üçün uğursuzluq hesab edən qəzetdə deyilir: “Kreml Ərdoğana şimali Suriyada hərbi baza saxlamaq üçün Dəməşqin razılığını almalı olduğunu konkret şəkildə göstərib”.

Türkiyənin “Sülh Çeşməsi“ Hərəkatı əvvəldən bəri İranda narazılığa səbəb olmuşdu. Paytaxt Tehranda və xüsusilə, İranın kürdlər yaşayan bölgəsində küçələrə axışan minlərlə insan öz soydaşlarına qarşı “soyqırım” edildiyini iddia edərək Ərdoğanı sərt şəkildə tənqid ediblər.

Ərdoğan da qeyd edib ki, Soçiyə getməzdən əvvəl İrandan gələn bəzi təzyiqlərə görə çox təəssüf edir. Gözlənilməz şəkildə iranlı həmkarı Həsən Ruhaniyə də reaksiya verən Ərdoğan İranda pis səslər çıxdığını bildirib: “Bu səsləri başda cənab Ruhani susdurmalı idi. Bu, başda şəxsim olmaqla, bütün həmkarlarımı ciddi şəkildə narahat edir”.

 

Ərdoğanın bu sözlərinə ağır şəkildə cavab verib. Ərdoğanın diplomatik olmayan bir üslubdan istifadə edərək ABŞ prezidenti Donald Trampın izi ilə getdiyini yazan qəzet qeyd edir: “Ərdoğanın bu cür sözləri onu göstərir ki, prezident 2016-nın iyulunda qərbli və ərəb dövlətləri onu devirməyə çalışarkən İranın köməyə gəldiyini unudub”.

Qəzetin verdiyi xəbərdə qeyd olunur ki, nəhayət, Türkiyənin ağlı başına gəlib və başa düşüb ki, Suriya lideri Bəşər Əsədlə toqquşmaq onun maraqları üçün heç yaxşı olmayacaq. Həmçinin, yazıda xatırladılır ki, Ankara sərhəddə Suriya ordusu ilə üzləşməmək üçün Dəməşqlə “arxa kanallar” vasitəsilə əlaqə yaradıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

BMT Baş katibi Qəzzada müharibəyə son qoymağa çağırıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay