Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sülh Çeşməsi” Hərəkatı İran parlamentində - Tehran niyə narahatdır?

Türkiyənin Suriyada keçirdiyi “Sülh Çeşməsi” Hərəkatı İran parlamentində müzakirə edilib...

Adəm Yılmaz
“The Independent” qəzeti, Türkiyə, 15 oktyabr 2019-cu il

Türkiyənin 9 oktyabr tarixində Suriyanın şimalında başlatdığı “Sülh Çeşməsi” Hərəkatı İran Məclisində mübahisə yaradıb. Əməliyyatla bağlı 154 millət vəkilinin imzaladığı ortaq yazılı açıqlama dünən İran Məclisində müzakirələrə səbəb olub.

Sözügedən hərəkata görə bəzi deputatlar Türkiyəni tənqid edərkən, bəziləri də bu tənqidlərin PKK lehinə olduğunu qeyd edib.

Qum şəhərindən millət vəkili Əhməd Əmirəbadi Fərahani tərəfindən oxunan və 154 millət vəkili tərəfindən imzalanan bəyanatda deyilir:

“İnsan hüquqlarından dəm vuran dövlətlərin Suriya kürdlərinə qarşı törədilən zülm qarşısında susmasını tarix unutmayacaq. Suriyadakı dinc sakinləri hədəf alan əməliyyatlara görə İran Məclis sədrinin Türkiyəyə edəcəyi səfəri ləğv etməsi həqiqətən təqdirəlayiqdir. Biz - İran Məclisinin millət vəkilləri Suriyada dinc kürd xalqını dəstəkləməyi zəruri hesab edirik”.

Türkiyəyə edəcəyi səfəri “Sülh Çeşməsi” Hərəkatına görə ləğv edən İran Məclis sədri Əli Laricani də məsələ ilə bağlı açıqlama verib:

Suriya və Yəməndəki müharibədən əvvəl siyasi dialoqa girməyi məsləhət görmüşdük, amma bəzi ölkələr israrla hərbi üsullardan istifadə etməyi seçdi. Suriyadakı problem hərbi yollarla həll olunmayacaq”.

Kirmanşah şəhərinin millət vəkili Seyyid Qasım Casimi isə “Sülh Çeşməsi” Hərəkatı nəticəsində Türkiyənin daxili və xarici problemlərlə üzləşəcəyini bildirib: “Türkiyənin Suriya torpaqlarına etdiyi hücumun heç bir məntiqli, qanuni və siyasi əsası yoxdur”.

Sonqur şəhərinin millət vəkili Seyyid Cavad Hüseyni Kiya da: “Niyə suriyalı dinc kürdləri dəstəkləmək üçün heç bir qüvvə səfərbər edilməyib?”, deyə çağırış edərək Xarici İşlər Naziri Cavad Zərifdən tələb edib ki, Türkiyənin Tehrandakı Səfirliyinə xəbərdarlıq edilsin.

Digər tərəfdən də, bəzi millət vəkillərinin “Sülh Çeşməsi” Hərəkatı ilə bağlı açıqlamalara etiraz edən Cənubi Azərbaycan əyalətinin millət vəkili Məhəmməd Həsən Nejad da qeyd edib:

“Bura İran Məclisidir, yoxsa Suriya kürdlərinin məclisi?

Son 2 gündür baş verənlər şəhid ailələrini narahat edir. Biz dünənə qədər onlar barəsində “ABŞ-ın dəstəklədiyi terrorçular əsgərlərimizi şəhid edirlər”, deyirdik. İndi nə oldu ki, bu terrorçular üçün pis olmağa başladıq? Dünən əllərinə silah alıb Suriya xalqı və Suriya Ordusu ilə müharibə edənlər bu gün suriyalı sivillər oldu?”

Bənzər bir açıqlamanı da Urmiya millət vəkili Nadir Qazipur verib: “Şəhid olmuş nüvə enerji mühəndisliyi tələbələrinin çoxu türkcə danışırdı. Onları şəhid edənlər də çirkli “Komele” partiyası idi”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Sabah bu rayonların qaz təchizatında məh8dudiyyət olacaq

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Ən çox oxunanalar