Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Azərbaycan kinosunda polis mövzusundan danışarkən, mütləqdir ki, bu obrazı dövrlərə bölək...

Çarizm dövrünü əks etdirən Azərbaycan filmlərində polisləri naçalniklər və qorodovoylar əvəzləyiblər. Şəhər polisi mənasını verən ən parlaq qorodovoy obrazını "Evlənmək istəyirəm" filmində görmək olar.

Əliağa Ağayevin oynadığı Qorodovoy Kərbəlayi Zal 25 ildən artıq idi ki, polis idarəsində xidmət edirdi. Kəbleyi illərdir ki, uğursuz karyeradan əziyyət çəkir. Ömründə bircə gün əlinə fürsət düşür ki, iş başında cinayətkar yaxalasın. O, fit çalaraq bütün iş yoldaşlarını səsləyir. Deyir ki, Feyzullanın çuvallarının içində bomba var.

Qorodovoylar çuvalları açıb baxanda görürlər ki, içində bomba yox, qarpız var. Bununla da ləqəbi "Bomba Rabatay" qalan Kərbəlayi Zalın uğursuz karyerası bitir və səhər Kəbleyini qulluqdan xaric edirlər. Bundan başqa, "Qəm Pəncərəsi", "O olmasın, bu olsun", "Dəli Kür", "Səhər" və başqa filmlərimizdə çar dövrünün Azərbaycan polisini görmək olar. Sovet dövründə çəkilmiş Cümhuriyyət dönəmini əks etdirən filmlərimizdə Azərbaycan polisi birmənalı olaraq qəddar və mənfi personaj kimi göstərilir.

"Qatır Məmməd", "İşarəni dənizdən gözləyin" filmlərini buna misal çəkmək olar. "Qatır Məmməd" filmində daxili işlər naziri Fətəli xan Xoyskinin obrazını İsmayıl Dağıstanlı canlandırır. Müstəqillik illərində çəkilmiş "Son iclas" filmində isə biz Cümhuriyyətin sonuncu daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun obrazını görə bilərik. 80-ci illərədək çəkilmiş bütün Azərbaycan filmlərində "milis" adlandırılan sovet polisinin qəhrəman obrazı yaradılıb.

"Bir cənub şəhərində" filmində Sadıq Həsənzadənin oynadığı Mustafa obrazı bizə fağır və kasıb sahə müvəkkilini göstərir. Filmin qəbiristanlıq epizodunda Mustafa əmi Muraddan bir manat borc alır. Üstəlik, onun evdə də güzəranı çox pis keçir, Mustafa əmidən narazı olan arvadı bütün günü deyinir. Senzura filmə qadağa qoymaq istəsə də, Heydər Əliyevin sayəsində film ekranlara çıxarılır. Bu mənada "İstintaq davam edir" filmi milli təhlükəsizliyin qorunmasında iştirak edən Azərbaycan çekistlərinin və millisinin fəaliyyətindən bəhs edir.

Milis işçilərinin qüsursuz fəaliyyətini göstərən filmlərimizdən biri də "Onu bağışlamaq olarmı?"dır. Burada cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. "Arxadan vurulan zərbə", "İstintaq" kimi filmlərimizdə müstəntiqlərin uzun axtarışlardan sonra aşkarladığı cinayətkarı sonda milis işçiləri həbs edir.

Müstəqilliyimizin ilk illərində çəkilmiş filmlərdə polislərin əsasən səriştəsiz və yumoristik obrazları yaradılıb. Buna "Bəxt üzüyü", "Yuxu", "Ölüm növbəsi" filmlərini misal göstərmək olar. Lakin sonrakı illərdə çəkilmiş "Dolu", "Əlavə təsir" filmlərində Azərbaycan polisinin əsl siması ustalıqla göstərilir. "Dolu"da Fərhad İsrafilovun yaratdığı polis rəisi obrazı Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşan Azərbaycan polislərinin ümumiləşdirilmiş obrazıdır.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar