Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından Video

Paytaxtın mərkəzində, Nizami küçəsində təşkil olunan ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası həm yeli sakinlərin, həm də şəhərimizə gələn turistlərin böyük marağına səbəb olub

Şəhərin ən qaynar nöqtəsi olan bu məkanda günün istənilən saatında insan sıxlığı ilə qarşılaşmaq mümkündür. Burada maraqlı, gözəl suvenirlər, kitablar, yeni il aksesuarları ilə yanaşı dadlı təamlar, fast-food yeməklər də əldə etmək mümkündür. Yarmarkanın üstünlüyü isə ondadır ki, buradan əldə olunan vəsait xeyriyyə məqsədilə istifadə olunur.

Dekabrın 1-də “Nargis” Fondunun rəhbərliyi ilə təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası yanvarın 15-dək davam edəcək. Yeni ilə sayılı günlər qaldığı bir vaxtda musavat.com-un müxbiri yarmarkadakı son durumu, insanların münasibətini, qiymətlər və xidmətin keyfiyyətini öyrənmək üçün sözügedən məkana baş çəkib.

Qeyd edək ki, hər il yeni il ərəfəsində paytaxtın mərkəzi küçəsi öz libasını dəyişərək əyləncə və istirahət məkanına çevrilir. Təmtəraqla bəzədilmiş bu məkana gələnlər özlərini bir anlıq Avropanın mərkəzində hiss edirlər. Fəvvarələr meydanında təşkil olunan xeyriyyə yarmarkasından əldə olunan bütün gəlirlərin müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsinə sərf olunması da xeyirsevər insanların ürəyincədir.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının builki konsepsiyası öncəkilərdən tamamilə fərqlənir. Yarmarkanın bəzədilməsi Skandinaviya stilində və müasir ruhda həyata keçirilib. Yarmarka iştirakçılarına Yeni il dekoru, müxtəlif hədiyyə növləri, geyimlər, əl işi olan zinət əşyaları, oyuncaqlar, qidalar təklif edən 47 ticarət köşkü fəaliyyət göstərir.

Bu yarmarkadan əldə edilən gəlir müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf edilir. Söhbət Fəvvarələr meydanında təşkil edilən "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından gedir. Artıq 4-cü dəfə təşkil edilən yarmarkada müxtəlif şirkət və firmalar öz məhsullarını alıcılara təklif edirlər.

Yarmarkaya maraq yüksək səviyyədədir. Əsasən də fast-food və qida məhsulları satılan piştaxtaların önündə növbə gözləyən onlarla alıcıya rast gəlmək mümkündür. Lakin qiymətlərin müəyyən qədər baha olması alıcılığa təsir göstərir. Paytaxt sakinləri əsasən qutab, “peraşki”, çay və şirniyyatların baha olmasından narazıdırlar. Məsələn, hər yerdı 40-50 qəpiyə satılan qutab yarmarkada 2 dəfə baha təklif olunur. Bunu bir çox alıcılar anlayışla qəbul etməsə də, adətən xeyriyyə məqsədli yarmarkalarda insanlar könüllü olaraq məhsulları baha almaqla daha çox fayda vermiş olurlar. Bunun əksinə, yarmakadakı kafedə qiymətlər daha münasibdir, hətta ətrafdakı restoran və kafelərdən daha münasibdir.

Daha ətraflı yarmakadan hazırladığımız videoreportajdan izləyə bilərsiniz.(musavat.com)

pia.az

 


Etiket: Yarmarka

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar