Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siqareti limitsiz satsaq...” - “Araz” marketdən siqaret qalmaqalına reaksiya

“Müştəri satıcıdan iki blok siqaret istəyib. Hər müştəriyə bu qədər siqaret sata bilmərik. Tədarükçü şirkət mal təminatını dayandırıb”...

Bunu Oxu.Az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova marketdə siqaret satışı ilə bağlı yaranan problemə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, video İmişlidə fəaliyyət göstərən “Araz” minimarketdə çəkilib:

“Videodan görünür ki, vətəndaş topdan siqaret almaq istəyir. Məlumat üçün bildirim ki, “Araz” supermarketlər şəbəkəsi topdan deyil, pərakəndə satış həyata keçirən ticarət mərkəzidir. Stoklarımız günlük satış həcminə görə formalaşır. Siqareti limitsiz satsaq, bu, artıq topdan hesab olunur. Biz də müştərilərimizi məmnun etmək üçün hamını təmin etməliyik, yəni, müştəri siqaret soruşanda, “yoxdur” cavabı almamalıdır. Əks halda, bu, müştəridə narazılığa səbəb olur”.

B.Əmirova yaranan problemin digər tərəfinin son günlər tədarükçü şirkətlərin mal təminatını dayandırması ilə bağlı olduğunu deyib:

“Məlumdur ki, siqaret gündəlik istehlak olunan məhsuldur. Müştərilərimizi təmin edə bilmək üçün siqaret satışında müəyyən limitin yaranmasının digər səbəbi budur. Bir məsələni də qeyd etmək istərdim ki, əgər siqaretin qiymətinin qalxmasından sui-istifadə edən şəbəkə olsaydıq, ötən il iyul ayında ölkədə məlum enerji problemi yarananda, iş saatı bitdikdən sonra da fəaliyyət göstərib, insanların su ehtiyacını qarşılamazdıq”.

pia.az


Etiket: siqaret

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar