Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərurlu İsfəndiyar”ın qardaşı oğlu yarım milyon məsələsindən danışdı

“Şərurlu İsfəndiyar”ın qardaşı oğlu iddialara münasibət bildirib...

Tanınmış iş adamı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) qardaşı oğlu, “Draft Construction” MMC-nin sahibi Eldəniz Axundov “Azəriqaz”ın baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovun qohumu, “Kotanlı BTK” MMC-nin rəhbəri Təbriz Hüseynovun onun haqqında səsləndirdiyi iddialara münasibət bildirib.

E.Axundov Pravda.az-a açıqlamasında T.Hüseynovun iddialarını təkzib edib.

O deyib ki, Təbriz Hüseynov onun texnikasını aparıb, geri qaytarmır: “Guya “Kotanlı” şirkəti var, yeni açıb. Vallah, çox problemli adamdır. Başıma nə oyunlar gətirib. Ödəniş borcu var. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişəm. Baxılmadı, dedilər, bu, mülki işdir. Ona imzalatmışam ki, ödədiyi vəsait, gördüyü iş nə qədərdir. Faktiki olaraq mənə külli miqdarda zərər vurmuş adamdır. Ağzına gələni, boş-boş danışır. Deyir ki, guya onu izləyirik, səsini yazırıq. Mənasız-mənasız sözlər deyir. Dedim ki, sən avaranın birisən, işim-gücüm yoxdur, sənin arxanca düşəm, izləyəm, zəng vurduram? Pıçıltı ilə danışır, psixoloji problemləri var”.

E.Axundov Təbriz Hüseynova “Günəş”şadlıq sarayının qarşısında zor tətbiq etməsi barədə iddiaya isə belə cavab verib: “Məndə belə bir görüntü yoxdur. Elə şey də etməmişəm…”

İş adamı sosial şəbəkələrdə T.Hüseynovun əleyhinə şərhlər yazdırması barədə iddiaya da münasibət bildirib: “Yalan deyir. Bütün texnikaları camaatdan alıb, hamıya “atıb”. Camaatın texnikasının pulunu ödəməyib…”

E.Axundov T.Hüsynovun bu işdə qohumu, “Azəriqaz”ın baş direktorunun istismar üzrə müavini Cahid Hüseynova arxalanması barədə fikiri yayıb-yaymadığına da aydınlıq gətirib: “Ayıb olar, mən elə bir fikir səsləndirməmişəm… Mən iş adamıyam, mənə qarşı belə hərəkətlər nə dərəcədə düzgündür?!”

Qeyd: T.Hüseynov iddia edir ki, E.Axundov ona 460 min manat borcludur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay