Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatorlar Trampdan istintaq tələb edir

Səudiyyə rəsmiləri sanksiya siyahısına düşə bilər

Brayant Harris

“Əl-Monitor”

22 senatordan ibarət ikipartiyalı qrup Səudiyyə Ərəbistanından olan jurnalisti Camal Xaşuqcinin yoxa çıxması ilə əlaqədar federal araşdırma tələb edərək, prezident Donald Trampa məktub göndərib. Məktub səudiyyəli rəsmilərə qarşı sanksiyalarla nəticələnə bilər.

Prezidentə göndərilən namə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin hər bir üzvü tərəfindən imzalanıb, istisna Rand Poldur.

“Səudiyyəli jurnalisti və “Vaşinqton Post”un köşə yazarı Camal Xaşuqcinin bu yaxınlarda yoxa çıxması onun beynəlxalq səviyyədə tanınan insan haqlarının kobud şəkildə pozulmasının qurbanı ola biləcəyini göstərir“, – deyə məktubda senatorlar yazıblar.

Məktubda senatorlar B. Korker, R. Tenn, B. Menendes, L. Qraham, P. Lihi və başqaları Yəməndə qəddar bir müharibə aparan tacdar şahzadə Məhəmməd bin Salmanla – Kapitoli Təpəsində özünəməxsus müttəfiqləri olan şəxslə məsafə saxlayırlar.

Qlobal Maqnitsky Aktı ilə əlaqədar olaraq Korker və Menendes prezidenti istintaq aparmaq və xarici vəzifəlilərə insan haqlarının pozulması ilə əlaqədar sanksiyalar tətbiqini tövsiyə edirlər. Administrasiyaya bunun üçün 120 gün möhlət verilir.

Səudiyyəli dissident və “Vaşinqton Post” qəzetinin köşə yazarı kimi, Xaşuqci şahzadə Məhəmmədin tənqidçisi idi. Tərəfdarlarının keçirdiyi mitinqdən sonra Cerri Konnoli “əl-Monitor”-a bildirib ki, jurnalistin qaçırılması “tacdar şahzadənin razılığı olmadan baş verə bilməzdi və buna görə ona çox güclü etiraz bildirilməlidir”.

Digərləri də Riyadın bu qalmaqalla əlaqəsinin olmadığına dair iddiasına şübhə ilə yanaşır. Senator Korker Xaşuqcinin yoxa çıxması ilə bağlı Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri şahzadə Xalid bin Salmanla söhbət edib. Səfir deyib ki, İstanbuldakı Səudiyyə Baş Konsulluğunun təhlükəsizlik kameraları yalnız canlı yayımı təmin edir və görüntüləri yaddaşa yazmır.

Korker “əl-Monitor”-a bildirib ki, kameraların görüntüləri yaddaşa yazmaması səfirlik və ya konsulluq üçün anomal haldır. “Səfir texniki problemlərin olduğunu söylədi. Heç yaxşı söhbət olmadı”.

Korker, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı diplomatları onunla və senator Menendeslə görüşə gec gəlib. “Menendez dözməyib çıxıb getdi. Fikrimcə, onlar yaxşı qarşılanmayacaqlarını bilirdilər”.

Türk mətbuatının verdiyi məlumata görə, 15 səudiyyə kəşfiyyat işçisi Xaşuqçinin qətlə yetirib və cəsədi parçalayaraq Səudiyyə konsulluğundan çıxarıb. Korkerin sözlərinə əsasən, ABŞ kəşfiyyatının məlumatları Türkiyənin bəzi iddialarını təsdiqləyir.

Senator Qraham da sərt sözlər işlədib: “Bu, Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq normalara tam hörmətsizliyini göstərir. Əlaqələrimizdə oyun dəyişdirici hal ola bilər”.

Qraham Səudiyyə səfiri ilə yeni görüş planlaşdırır.

##relatedPostMilli##Qeyd edək ki, Qrahamın sabiq qərargah rəisi Endrü Kinq “Glover Park” qrupu adından Səudiyyə Ərəbistanı üçün lobbiçilik edir.

9 respublikaçı senatorlar, o cümlədən Korker Yəməndə husi üsyançılarına qarşı hava hücumları həyata keçirən Riyada silah satışını dayandırmağa səs verib. Senator, Xaşuqci qalmaqalının ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışına “mütləq” təsir edəcəyini söyləyib.

Yəməndəki müharibə senator Menendesi də Səudiyyə koalisiyasına silah satışı əleyhinə mövqe tutmağa vadar edib. 7 digər senator isə dövlət katibi Mayk Pompeoya müraciət imzalayıb.

Buna baxmayaraq, səudilər Tramp administrasiyasında həm prezident, həm də kürəkəni Cared Kuşnerlə sıx təmasdadır.

Ağ Ev sözçüsü Sara Sanders bu gün bildirib ki, Kuşner, milli təhlükəsizlik məsləhətçisi Con Bolton və Pompeo şahzadə Məhəmmədlə “Washington Post” qəzetinin itkin düşmüş jurnalisti” haqqında danışıblar. “Onlar Səudiyyə hökumətinin istintaq müddətində şəffaf olmasını istəyiblər”.

“Washington Post” ABŞ kəşfiyyatının Səudiyyə Ərəbistanında Xaşuqçinin ələ keçirilməsinə dair məxfi məlumatları olduğunu iddia edib, amma Tramp bu günə qədər “Mən heç nə bilmirəm”, – deyir.

Senator Tim Keyn “əl-Monitor”-a bildirib ki, Tramp administrasiyası “bu məsələyə laqeyd yanaşır”.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

BMT Baş katibi Qəzzada müharibəyə son qoymağa çağırıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay