Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Qurbanov Rusiya ilə münasibətlərə cavabdeh olacaq

Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti Ümumi Yığıncağı keçirilib

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə İşgüzar Şuranın fəaliyyətinə dair bir sıra təşkilati məsələlər müzakirə edilib, İdarə Heyətinin yeni tərkibi təsdiqlənib və Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri seçilib.

İclasda AzərbaycanRusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyi, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğu, qarşılıqlı investisiya qoyuluşlarının və birgə layihələrin həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya ilk sıradadır və ölkəmizin xaricdə ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bununla belə mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Tədbirdə həmçinin, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sektorları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə, ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə, qarşılıqlı investisiya qoyuluşlarına, işgüzar dairələr arasında mövcud əlaqələrin inkişafına və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə yaradılıb. İşgüzar Şuranın yaradılmasında əsas məqsəd AzərbaycanRusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir.

Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Azərbaycan-RusiyaRusiya-Azərbaycan İşgüzar Şuralarının sonuncu geniştərkibli iclası 2017-ci ilin dekabrında təşkil olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay