Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sel təhlükəsi ilə üzləşən Biləsuvardakı son vəziyyət açıqlanıb

Biləsuvar Rayon İcra Hakimiyyəti sel təhlükəsi ilə bağlı rayondakı son vəziyyəti açıqlayıb...

Qurumdan "Report"un Muğan bürosuna verilən məlumata görə, mayın 31-i saat 02.00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.

Sel sularının qarşısının alınması və əhalinin təhlükəsiz təxliyəsi məqsədilə icra başçısı Faiq Qürbətovun və RİH aparatı əməkdaşlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyevin, Rayon Polis Şöbəsinin rəisinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin əməkdaşlarının, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə xüsusi qərargah yaradılıb.

Qərargahın rəhbərliyi və aidiyyəti təşkilatların kollektivləri və texnikaları vasitəsilə gecə boyu görülən tədbirlər nəticəsində suyun bir hissəsi Bolqarçay su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.

Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən Amankənd kəndinin bir hissəsi, Yuxarı Ağalı və Muğan kəndlərinin əhalisi təhlükəsiz şəraitdə təxliyə olunub, sakinlərin mal-qarası və ətraf ərazidə heyvandarlıqla məşğul olan obalar ərazidən çıxarılıb.

Məlumata görə, Amankənd kəndi üzrə 45 təsərrüfatda 260 nəfər, Yuxarı Ağalı kəndi üzrə 164 təsərrüfatda 953 nəfər və Muğan kəndi üzrə 82 təsərrüfatda 477 nəfərin təxliyəsi həyata keçirilib.

Görülən tədbirlər nəticəsində hazırda suyun səviyyəsi normal vəziyyətə düşüb, sel suları heç bir dağıntı və tələfata səbəb olmayıb.

Kəndlərdən təxliyə olunan əhali öz evlərinə qayıdıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay