Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkili qadının faciəsi: İki körpəsi yolda, özü isə xəstəxanada dünyasını dəyişdi

Şəkidə beş gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb...

APA-nın məlumatına görə, partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəki rayonu Aşağı Göynük kənd sakini Şəlalə Nəsib qızı Yusifova bu gün müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub. Hadisə nəticəsində Ş.Yusifova və onun iki azyaşlı övladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı - müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Elə həmin gün yaralılar Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyalarını dəyişiblər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar