Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrikadakı qaçqınlar arasında onlarla meymun çiçəyi yoluxması qeyd edilib

Afrikadakı qaçqınlar arasında ən azı 88 meymun çiçəyi yoluxma hadisəsi müəyyən edilib...

Afrikadakı qaçqınlar arasında ən azı 88 meymun çiçəyi (mpox) hadisəsi müəyyən edilib ki, onlardan 68-i Konqo Demokratik Respublikasında qeydə alınıb.

Poliqon xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Agentlik beynəlxalq ictimaiyyəti Afrikanın 35 ölkəsində 9,9 milyon məcburi köçkün arasında xəstəliklə mübarizə və onun qarşısının alınması üçün 2024-cü ilin sonuna qədər 21,4 milyon dollar ayırmağa çağırıb.

Ruandadakı qaçqınlar arasında başqa hallar da qeydə alınıb. BMT QAK-ın müraciəti Afrikanın 35 ölkəsində 9,9 milyon məcburi köçkün və onların qəbul etdiyi icmalara dəstək olmaq məqsədi daşıyır.

2024-cü ildə Afrikada 20 mindən çox şübhəli meymun çiçəyi hadisəsi aşkarlanıb.

“Bu yeni Mpox epidemiyası çətin şəraitdə yaşayan bir çox qaçqın və məcburi köçkünlər də daxil olmaqla ən həssas əhali üçün yüksək risk yaradır”, deyə UNHCR-nin İctimai Səhiyyə Sektoru Meneceri Allen Maina bildirib. Maina əlavə edib ki, qaçqınların bir çoxu izdihamlı sığınacaqlarda yaşayır və təhlükəsiz suya çıxışı yoxdur, bu da xəstəliyin yayılma riskini artırır. Maina Mpox ilə mübarizədə hökumətlərə və tərəfdaşlara dəstək verməyə çağırıb.

Qeyd edək ki, Mpox, əsasən mərkəzi və qərbi Afrikanın tropik meşələrə bitişik ucqar ərazilərində rast gəlinən viral xəstəlikdir. Bu xəstəliyin heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus Afrikada meymun çiçəyi epidemiyasını beynəlxalq səhiyyə fövqəladə vəziyyəti elan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Ən çox oxunanalar