Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada 7 nəfər baş nazir olmağa iddalıdır...

Liviya parlamentinin sədri Saleh: Baş nazir postu üçün 7 nəfər mübarizə aparır...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Liviyanın baş naziri postuna namizədlərin sayı 7 nəfərə çatıb. Bu barədə ölkə parlamentinin spikeri Akilah Saleh məlumat verib.

Parlament rəhbərinin sözlərinə görə, siyasətçilərin seçki prosesində iştirak etmək üçün verdiyi ərizələr lazımi tələblərə cavab verir. Bununla belə, Liviya hökumətinə kimin başçılıq edəcəyi barədə qərar qəbul etməzdən əvvəl hakimiyyət orqanları BMT missiyası ilə onun nümayəndələrinin müvafiq iclasda iştirakını razılaşdırmalıdır. Bu, beynəlxalq ictimaiyyətdə Nazirlər Kabinetinin yeni sədrinin legitimliyi ilə bağlı sualların olmaması üçün lazımdır.

Spiker həmçinin qeyd edib ki, 6+6 komitəsi (Liviyanın Ali Dövlət Şurasının və birpalatalı parlamentin üzvlərindən ibarətdir) vahid hökumətin yaradılması tələbini irəli sürüb. Bu göstərişin icrası çərçivəsində qanunverici orqan müvafiq məqsədə nail olmaq mexanizmini təsdiqləyib.

“Namizəd milli şuradan 20, parlamentdən isə 15 və ya 10 imza alır, kim bunu alarsa, onun adı parlamentə təqdim olunacaq və namizədlərdən biri etimad səsi alacaq”, deyə Saleh bildirib.

Xatırladaq ki, hazırda Liviyada bir-birini tanımayan iki administrasiya fəaliyyət göstərir. Onlardan biri, Milli Birlik Hökuməti (GNU) BMT tərəfindən dəstəklənir və Tripolidə yerləşir. İndi ona Abdel Hamid Dbeibah rəhbərlik edir.

Digər administrasiya da öz növbəsində Benqazidə yerləşir. Bu hökumət səlahiyyətlərini keçmiş parlamentdən alıb və ona Usamə Hammad rəhbərlik edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar