Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsrailin Qəzzada etdiklərinin 1%-ni Azərbaycan Qarabağda etmiş olsaydı, ölkəmiz ən dəhşətli hərbi cinayətlərdə ittiham olunardı və etmədiyi halda da olunur...

Politoloq: “İsrailin Qəzzanı yerlə bir etməsi, dağıtması və mütləq qalibiyyəti fonunda HƏMAS-ın kapitulyasiyası, bölgədə İsrail dominantlığı sanki Vaşinqton tərəfindən təşviq olunur”.

“Mənə elə gəlir ki, Demokratların və Respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq bu siyasət davam etdiriləcək. Çünki İsrail ABŞ üçün fövqəladə əhəmiyyətə malikdir”.

Bu sözləri politoloq İlyas Hüseynov ABŞ-də prezidentliyə namizədlər Tramp və Harrisin İsrail sevgisini Poliqon-a şərh edərkən qeyd.

ABŞ-də prezidentliyə namizədlər arasında keçirilən debatda Tramp və Harris İsrailə sevgilərini ifadə etmək üçün az qala yarışa giriblər və bu İsrail ordusunun Qəzzanı yerlə bir etməsi, o cümlədən on minlərlə uşağı və qadını qətl etməsi fonunda baş verir. Onu da qeyd edək ki, İsrailin Qəzzada etdiklərinin 1%-ni Azərbaycan Qarabağda etmiş olsaydı, ölkəmiz ən dəhşətli hərbi cinayətlərdə ittiham olunardı və etmədiyi halda da olunur. Söhbət heç də İsrailin və Fələstinin dini mənsubiyyətindən də getmir.

Bəs, İsrailin Qəzzada törətdiklərinin fonunda dünya liderlərinin və aparıcı ölkələrin hər addımda İsrailə sevgi sərgiləməyə çalışmaları qorxunc və utancverici deyilmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Əvvəlki dövrlərdə ABŞ müəyyən qədər balansı qorumaq niyyətini ifadə etməyə çalışsa da, Yaxın Şərqdə böyük geopolitik aktorlar kimi Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri nümunəsində müsəlmanların diqqətini daha da cəmləşdirmək siyasəti yürdülsə də, bu gün buna əhəmiyyət verilmir”.

İsrailin baş naziri Benyamin Netanyahunun bütün kaprizlərinin, istəklərinin yerinə yetirildiyini qeyd edən politoloq Poliqon-a bildirib ki, davamlı, fasiləsiz, aramsız silah tədarükü də icra olunmaqdadır:

“Biz ABŞ-da gedən gərgin prezident seçkilərində namizədlərin İsrailə olan ülvi sevgisini, məhəbbətini və bağlılığın ifadə olunduğunu görürük. Tramp əvvəlki dövrlərdə də İsrailə olan xüsusi qayğısını, ehtiramını ifadə etmişdir və paytaxtın Təl-əvivdən Yerusalemə köçürülməsi buna bir xırda nümunədir. Hazırda da Tramp öz keçmiş addımlarını, ənənələrini, gördüyü işləri dilə gətirməklə daxildə böyük vergi ödəyicilərinin, transmilli korporasiyasiların diqqətini çəkməyə çalışır. Kamala Harris isə digər bir formada öz yoldaşının yəhudi olması məsələsini gündəmə gətirir.

Amma maraqlıdır ki, Maraqlıdır ki, İsrailin və yəhudilərin rəğbətini qazanmağa çalışanlar Qəzzada yaşanan humanitar böhranı, faciə və fəlakətləri dilə gətirmirlər. Bu da siyasətin heç də göründüyü kimi olmadığını, siyasətçilərin isə kütlə qarşıslnda artistlik etdiyini və əslində birər qaniçici olduqlarını bir daha sübut edir.

Əvvəlki dövrlərdə ABŞ müəyyən qədər balansı qorumaq niyyətini ifadə etməyə çalışsa da, Yaxın Şərqdə böyük geopolitik aktırlar kimi Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri nümunəsində müsəlmanların diqqətini daha da cəmləşdirmək siyasəti yürdülsə də, bu gün buna əhəmiyyət verilmir.

İlyas Hüseynov: “Əgər Azərbaycan Qarabağda Vətən müharibəsində, eləcə də lokal xarakterli terror tədbirlərində humanitar hüququ 0.1% pozsaydı, bu gün ölkəmizə qarşı total kampaniyanın, hətta silahlı müdaxilənin şahidi olardıq”.

İsrailin Qəzzanı yerlə bir etməsi, dağıtması və mütləq qalibiyyəti fonunda HƏMAS-ın kapitulyasiyası, bölgədə İsrail dominantlığı sanki Vaşinqton tərəfindən təşviq olunur. İsrailin baş naziri Benyamin Netanyahunun bütün kaprizləri, istəkləri yerinə yetirilir. Davamlı, fasiləsiz, aramsız silah tədarükü də icra olunmaqdadır.

Mənə elə gəlir ki, Demokratların və Respublikaçıların hakimiyyətdə olmasından asılı olmayaraq bu siyasət davam etdiriləcək. Çünki İsrail ABŞ üçün fövqəladə əhəmiyyətə malikdir. Lakin dünyanın qərəzi, ikili standartları da bundan ibarətdir ki, əgər Azərbaycan Qarabağda Vətən müharibəsinidə, eləcə də lokal xarakterli terror tədbirlərində humanitar hüququ 0.1% pozsaydı, bu gün ölkəmizə qarşı total kampaniyanın, hətta silahlı müdaxilənin şahidi olardıq.

Azərbaycan heç humanitar hüququ pozmasa da, Cenevrə konvensiyanın tələblərinə və onun əlavə protokolların əməl etsə də, bu gün ölkəmizə qarşı qərəzli münasibəti biz görürük. Bunun arxasında, mahiyyətində duran başqa səbəblər olması da bizə məlumdur.

Buna görə də, bu siyasətə biz artıq alışmışıq. Bunula barışmağa məhkumuq və konyunktur elementləri bilərək öz milli mənafelərimizi bundan sonra da qorumalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar