Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

BRİCS-ə üzv olmaq istəyən dövlətlərin sayı artır...

Zeynal Əmrəliyev: “Çin və Hindistandan kimi ölkələr artıq dünya iqtisadiyyatında öz sözünü deməkdədir. Onların liderlik etdiyi BRİCS təşkilatı da gələcək potensialı olan bir təşkilatdır”.

“Qərbin sanksiyalarına baxmayaraq Rusiyanın özü də hələ ki, iqtisadi çətinliklərə sinə gələ bilir. Bu da təşkilata marağın artmasına səbəb olur”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev BRİCS-ə üzv olmaq istəyən dövlətlərin sayının artmasının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 11-12 sentyabr tarixlərində BRİCS-ə üzv və təşkilata tərəfdaş ölkələrin Təhlükəsizlik Şurasının katiblərinin görüşü keçirilib. Toplantıda üzv ölkələrin terrora və transmilli cinayətkarlığıa qarşı birgə mübarizə üsulları müzakirə olunub. Toplantıda üzv və tərəfdaş ölkələr qlobal təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar. BRİCS-in zirvə toplantısı oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək. Təşkilata üzv olmaq istəyən dövlətlərin sayı isə furmadan artır.

Bu təşkilata bu qədər marağın artmasına səbəb nədir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Artıq dünyanın iqtisadi mərkəzi Qərbdən Şərqə doğru istiqamətlənir”.

BRİCS-ın güclü təşkilata çevriləcəyini proqnoz edən politoloq Poliqon-a bildirib ki, bundan sonra təşkilata marağın daha da artacağını proqnozlaşdırmaq olar:

“BRİCS-ə maraq surətli şəkildə artır. Bunun da əsas səbəbi təşkilat ölkələrinin iqtisadi cəhətdən hal-hazırda dünyada öz sözünü deməsidir. İstər Çin, istər Braziliya, istər Cənubi Afrika Respublikası, istər Hindistan hal-hazırda dünya iqtisadiyyatında əhəmiyyətli dərəcədə öz rolunu artırır. Təkcə Çin və Hindistanın iqtisadi artımı burda əsas rol oynayır. Qərbin sanksiyalarına baxmayaraq Rusiyanın özü də hələ ki, iqtisadi çətinliklərə sinə gələ bilir. Bu da təşkilata marağın artmasına səbəb olur.

Eyni zamanda, alternativ təşkilatlar olan Avropa İqtisadi Birliyi və Qərbə aid olan qurumlar iqtisadi böhran keçirirlər. Xüsusilə də, Qərbin maliyyə menecerlərinin səhvləri ucbatından bu ölkələrdə ciddi şəkildə iqtisadi böhran, maliyə böhranlarının olması planlaşdırılır. Artıq bir çox Qərb banklarında ciddi şəkildə problemlər var. Məsələn ABŞ-ın özündə ciddi şəkildə maliyyə problemləri yaşanır.

Zeynal Əmrəliyev: “Azərbaycan və Türkiyə BRİCS-ə qoşulandan sonra təşkilat ümumilikdə daha da güclü olacaq”.

Bu kimi amillər inkişaf etməkdə olan bəzi ölkələrin BRİCS kimi iqtisadi təşkilata qoşulmasına təkan verir. Artıq dünyanın iqtisadi mərkəzi Qərbdən Şərqə doğru istiqamətlənir. Məhz buna görə, həmin ölkələr düşünürlər ki, inkişaf yolu artıq məhz Şərq ölkələri ilə əməkdaşlıq qurmaqdadır. Çin və Hindistandan kimi ölkələr artıq dünya iqtisadiyyatında öz sözünü deməkdədir. Onların başçılıq etdiyi BRİCS təşkilatı da gələcək potensialı olan bir təşkilatdır.

Çox böyük ehtimalla, BRİCS yaxın müddətdə Avropa İqtisadi Birliyini öz gücü ilə üstələyəcək. Xüsusilə də, təşkilata yeni üzvlük üçün iki dövlət - Azərbaycan və Türkiyə müraciət edib. Azərbaycan və Türkiyə BRİCS-ə qoşulandan sonra təşkilat ümumilikdə daha da güclü olacaq. Təşkilatın həm tranzit gücü güclənəcək, həm də iqtisadi gücü daha da artacaq. Beləliklə də, BRİCS güclü təşkilata çevriləcək. Bundan sonra təşkilata marağın daha da artacağını proqnozlaşdırmaq olar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar