Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

ABŞ ikitərəfli təmasları təşfiq etməklə digər vasitəçi olmaq həvəsində olan qüvvələrdən fərqli olaraq nəyə can atır?..

Azər Qasımov: “ABŞ adminstrasiyasının Azərbaycan-Ermənistan münaqişəsində 44 günlük müharibə və Azərbaycanın qələbəsindən sonra tutduğu mövqe əksər hallarda konstruktiv olub”.

“Vaxtı ilə ABŞ-ın Qarabağ məsələsi ilə demək olar ki, məşğul olmadığından şikayətlənirdik. Amma son illər ABŞ ən yüksək səviyyədə bu məsələlərə daxil olur”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ Dövlət Departamentinin AzərbaycanErmənistan münasibətləri ilə bağlı bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayıb.

Bu yazılı bəyanat Vaşinqtonun AzərbaycanErmənistanın ikitərəfli təmaslarına üstünlük verməsi anlamına gəlirmi? Ümumiyyətlə, ABŞ ikitərəfli təmasları təşfiq etməklə digər vasitəçi olmaq həvəsində olan qüvvələrdən fərqli olaraq nəyə can atır?

ABŞ-ın vasitəçilik təşəbbüsünü Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “ABŞ AzərbaycanErmənistan arasında ikitərəfli danışıqlarda üstünlük verməsi xüsusilə diqqətəlayiqdir”.

Sonrakı proseslərin necə olmasından asılı olmayaraq ABŞ-ın AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalanması məsələsinə baxışını qənaətbəxş hesab edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bundan maksimum istifadə etmək lazımdır:

ABŞ administrasiyasının Azərbaycan-Ermənistan münaqişəsində 44 günlük müharibə və Azərbaycanın qələbəsindən sonra tutduğu mövqe əksər hallarda konstruktiv olub. ABŞ AzərbaycanErmənistan arasında sülhü təşviq edən başlıca ölkə olub. ABŞ-da baş tutan bir neçə günlük sülh danışıqları da bunu sübut edir. ABŞ ümumiyyətlə bu məsələ ilə son illər daha çox məşğul olmağa başlayıb.

Vaxtı ilə ABŞ-ın Qarabağ məsələsi ilə demək olar ki, məşğul olmadığından şikayətlənirdik. Amma son illər ABŞ ən yüksək səviyyədə bu məsələlərə daxil olur. Bu reallığı isə Azərbaycan dövləti yaradıb. Cənubi Qafqazın geosiyasi çəkisi Azərbaycanın qələbəsindən sonra artıb, xüsusilə də, Zəngəzur dəhlizi məsələsi.

Azər Qasımov: “ABŞ bu addımı ilə regionda maraqlı olan qüvvələrə də mesaj verir ki, ABŞ-ın regionda maraqları sülhdən ibarətdir, ona görə onlar da geosiyasi oyunlardan kənar dayansınlar”.

ABŞ AzərbaycanErmənistan arasında ikitərəfli danışıqlarda üstünlük verməsi xüsusilə diqqətəlayiqdir. ABŞ hər iki ölkəyə regionda sülhdə maraqlı olduğu mesajını verir. Onların gəldikləri nəticənin onlar tərəfindən də qəbul ediləcəyini bildirmək istəyir. ABŞ bu addımı ilə regionda maraqlı olan qüvvələrə də mesaj verir ki, ABŞ-ın regionda maraqları sülhdən ibarətdir, ona görə onlar da geosiyasi oyunlardan kənar dayansınlar. Təbii ki, ABŞ-ın planı sülh müqaviləsi imzalanmasından sonrasına hesablanıb. ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir. RusiyaErmənistandan qovmağı planlayır.

Hesab edirəm ki, sonrakı proseslərin necə olmasından asılı olmayaraq ABŞ-ın AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalanması məsələsinə baxışını qənaətbəxş hesab etmək olar və bundan maksimum istifadə etmək lazımdır. Sonrakı proseslər isə sonranın işidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar