Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan - Rusiya sərhədi bağlanacaq

Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi - Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi işləməyəcək...

Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

"Kazbeqi Ticarət-Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili təmir işləri nəzərdə tutulub və bu səbəbdən iş zamanı avtomobillərin hərəkəti dayandırılacaq", - məlumatda deyilir.

Bildirilir ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədin keçilməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.

Digər vaxtlarda isə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.

Qeyd edək ki, "Kazbeqi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük-keçid məntəqəsidir.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar