Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub

Meksikalı Saul Alvares 76,2 kq çəki dərəcəsində Dünya Boks Şurasının (WBC), Dünya Boks Assosiasiyasının (WBA) və Dünya Boks Təşkilatının (WBO) versiyasına görə dünya çempionu titulunu qoruyub...

“Report” xəbər verir ki, o, Las-Veqasda (ABŞ, Nevada ştatı) keçirilmiş 12 raundluq döyüşdə yekdil qərarla puerto-rikalı Edqar Berlanqa qalib gəlib.

34 yaşlı Alvares WBC və WBA üzrə dünya titullarını yeddinci, WBO üzrə isə beşinci dəfə qoruyub. Bundan əvvəl Beynəlxalq Boks Federasiyası (IBF) kubalı Uilyams Skulla qarşı məcburi qorumanı yerinə yetirməkdən imtina etdiyi üçün onun kəmərini əlindən alan meksikalı mütləq dünya çempionu titulundan məhrum edilmişdi.

Alvares 2021-ci ildə mütləq dünya çempionu titulunu qazanıb və onu üç dəfə qoruyub. 2022-ci ildə isə o, rusiyalı Dmitri Bivola məğlub olub və 79,38 kq çəki dərəcəsində WBA dünya çempionu kəmərini qazana bilməyib. Meksikalının hesabında indi 62 qələbə (39 nokaut), 2 məğlubiyyət və 2 heç-heçə var.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ən çox oxunanalar