Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun (qüvvə) növü, baş idarə, birlik və birləşmələrinin hüquqşünasları, təhqiqat xidmət (bölmə) rəisləri, təhqiqatçılar və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib...

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təlim-metodiki toplanışda çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev cari il ərzində hərbi hissələr üzrə hərbi qulluqçuların hüquq hazırlığının təşkili, hüquqi sənəd layihələrinin hazırlanması və digər tədbirlər haqqında geniş söhbət açıb.

Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlərdən danışılıb, bu istiqamətdə qarşıda duran vəzifələr, perspektiv planlar müzakirə edilib.

Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.

Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - Yenilənib

Ən çox oxunanalar