Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Putin bildirib ki, ABŞ və Avropa ölkələrinin Ukraynaya verdikləri raketlərlə Kiyevə Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə vermələrini cavabsız qoymayacaq...

Turan Rzayev: “Rusiyanın nüvə silahından istifadə edəcəyi məsələsi artıq sual deyil”.

“Əgər nüvə dövləti olan bir ölkənin ərazisi total bir işğala məruz qalarsa və ya paytaxtı təhlükəyə düşərsə, o nüvə silahlarından xəbərdarlıq, özünü müdafiə məqsədilə istifadə edə bilər”.

Bu sözləri politoloq Turan Rzayev Putinin ABŞAvropa ölkələrinə növbəti xəbərdarlığını Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞAvropa ölkələrinin Ukraynaya verdikləri raketlərlə Kiyevə Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə vermələrini cavabsız qoymayacaq. Rusiya rəsmiləri yenə “qırmızı çizgilərdən” danışırlar.

Bəs, Putin Rusiya Federasiyasında ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandırarsa, bu addımın Ukrayna müharibəsinə birbaşa təsiri olacaqmı?

Nüvə silahından istifadənin Ukrayna müharibəsinə təsirlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Əgər Rusiya Ukraynaya görə nüvə silahınan istifadə edərsə, faktiki bu Yaponiyanın ikinci dünya müharibədə təsilimiyyət aktına imzalamasına bərabər bir nəticə ilə sonlana bilər”.

Rusiyanı nüvə silahından çəkindirən faktorların olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bunu əsas gətirib Rusiyaya qarşı koalisiya müharibəsinə başlaya bilərlər:

“Onsuz da, Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır. Bu artıq bilinən bir həqiqətdir. Belə olan təqdirdə, Rusiyanın nüvə silahından istifadə edəcəyi məsələsi artıq sual deyil. Məsələ ondan ibarətdir ki, Ukrayna Kursk hücumu ilə faktiki olaraq ciddi bir strateji səhvə yol verdi. Ən önəmlisi isə əməliyyatların hələ davam etməsi ilə bağlıdır və Moskvaya doğru yəni, o istiqamətdə irəliləyiş davam edərsə, bu faktiki olaraq nüvə dövlətlərinin öz aralarında olan sazişin pozulmasıdı.

Əgər nüvə dövləti olan bir ölkənin ərazisi total bir işğala məruz qalarsa və ya paytaxtı təhlükəyə düşərsə, o nüvə silahlarından xəbərdarlıq, özünü müdafiə məqsədilə istifadə edə bilər. İndiki məqamda Rusiya bunun hazırlığına gedir. Hətta düşünürəm ki, nüvə silahından istifadə etsin deyə Rusiya Ukrayna ordusunun irəliləməsini icazə verir. Söhbət təbii ki, kütləvi xarakterli nüvədən deyil də, taktiki nüvə silahından gedir. Yəni bunun dağıdıcılıq gücü əsas nüvə silahının yarı həddindədir.

Turan Rzayev: “Hər halda, belə bir müharibənin də fəsadları dəhşətli ola bilər”.

Amma ümumi mənada təbii ki, bu silahlan istifadə müharibənin gedişini dəyişə bilər. Əgər Rusiya Ukraynaya görə nüvə silahınan istifadə edərsə, faktiki bu Yaponiyanın ikinci dünya müharibədə təsilimiyyət aktına imzalamasına bərabər bir nəticə ilə sonlana bilər. Yəni Ukrayna Kiyevə, Lvova başqa böyük şəhərinə ediləcək hücum sonrasi təslim olacaq və müharibə Rusiyanın xeyrinə bitə bilər. Bu ehtimal ssenaridir .

Təbii ki, Rusiyanı nüvə silahından çəkindirən faktorlar var. Misal üçün bunu əsas gətirib Rusiyaya qarşı koalisiya müharibəsinə başlaya bilərlər. Bunun da müqayisə kimi deyə bilərəm ki, bunu İraqa Səddam Hüseynə qarşı aparılan bir əməliyyat fonunda başa düşmək olar. Düzdür, Rusiya İranq deyil, Putin də Səddam Hüseyn deyil. Amma hər halda, belə bir müharibənin də fəsadları dəhşətli ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar