Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid kapitan Ramil Babayev Kürdəmirdə dəfn olunub

Kürdəmirdə şəhid kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub.

APA-nın yerli  bürosunun xəbərinə görə, şəhid Ramil Babayev  vətən müharibəsində ilk gündən kəşfiyyatçı kimi quru qoşunlarda döyüşə qatılıb. Ramil sentyabrın 29-da Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşüb. Bu gün isə onun cənazəsi ailəsinə təhvil verilərək rayonun şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər. Şəhidin komandiri üç rəngli dövlət bayrağımızı şəhidin atası Taqət Babayevə təqdim etdilər.

Qeyd edək ki, şəhid kapitan Ramil Taqət oğlu Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. O, ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına hərbi liseyində təhsil alıb. Daha sonra təhsilini Ali hərbi akademiyada dava etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və xidməti boyunca vətənə layiqli xidmət edib və dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da igid cəsur vətənpərvər oğul kimi tanınıb.                      

Qeyd edək ki, Ramil ailəlidi onun bir oğlu və bir qız övladı var. Ramil yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Naxçıvanda saat 17:00-a olan seçici fəallığı 35,80 faiz təşkil edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay