Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri olması...” - Deputat

“Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri təyin olunması Azərbaycan ictimai-siyasi həyatında yeni bir eranın başlanğıcıdır”

PİA.az xəbər verir ki, bunu “Report”a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, bu, dövlət idarəetmə sistemində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsidir:

“Samir Nuriyev qısa bir zamanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin imicini müsbətə doğru dəyişdirməyə nail oldu, prosesləri bilən, ziyalı bir insandır. Hesab edirəm ki, Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunması xalqımız üçün uğurlu olacaq”.

N.Məhəməliyev bildirib ki, dövlət idarəetmə sistemində, yerli icra hakimiyyətləri orqanlarında və digər dövlət strukturlarında mövcud olan neqativ halların qarşısı alınacaq, yeni təyinat məmur-vətəndaş münasibətlərinin tənzimlənməsində öz sözünü deyəcək: “Samir Nuriyevin təyinatı vətəndaş məmnunluğunun təmin olunmasında böyük rol oynayacaq. Yəni artıq yeni baxışlar, yeni yanaşma, şəffaflıq baxımından çox böyük nailiyyətlər olacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar