Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Filipin dəfn planı pandemiya səbəbindən təkrar nəzərdən keçirilib

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, ötən gün vəfat edən Şahzadə Filipin dəfn planına pandemiya səbəbindən yenidən baxılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə London Heraldika palatasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mərasim Londonda fəxri şəkildə müşayiət olunmayacaq, şahzadənin cənazəsi vida üçün sərgilənməyəcək və Vindzorda planlaşdırılan tədbirlərdə ictimaiyyətin iştirakı qəti şəkildə tövsiyə olunmur.

“Dəfn mərasimi dövlət səviyyəsində icra olunmayacaq, cənazə xalqla vida üçün nümayiş etdirilməyəcək. Əlahəzrətin cənazəsi dəfn olunmazdan əvvəl Vindzor qalasında olacaq. Bu, adətə əsaslanır və eyni zamanda, Əlahəzrətin istəkləri ilə bağlıdır. Dəfn mərasiminin formatı və vaxtı ilə bağlı son tövsiyələr lord-kamerger (MI-5 əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri Endryu Parker) və Baş nazir Boris Consonun Ülyahəzrətlə (Kraliça II Elizabet) keçirəcəyi məsləhətləşmələrdən sonra Britaniya hökuməti tərəfindən verilməlidir. Heraldika palatasından bildirilib ki, bundan sonra dəfn mərasimi Bukingem sarayı tərəfindən elan olunacaq”, - deyə sənəddə qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib -Yenilənib

Ən çox oxunanalar