Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda 5 saylı uşaq bağçasının müdir əvəzi cəzalandırılıb

Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasında yaranmış vakant 1,25 ştat vahidini digər tərbiyəçilər və qeyri-ixtisas sahibi olan anasının adına rəsmiləşdirən direktor əvəzi cəzalandırılıb...

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, 15 may 2023-cü il tarixdən çalışmanın yaş həddinə çatması ilə əlaqədar tərbiyəçi vəzifəsinə xitam verilməsi nəticəsində 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsi vakansiyası yaranıb və qaydalara uyğun olaraq həmin vəzifə müsabiqəyə təqdim edilib.

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qaydalara əsasən müsabiqədə iştirak etmiş və yüksək nəticə göstərərək uğur qazanmış Cəfərova Sevinc Şakir qızının vakant vəzifəyə təyin olunması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə 13 iyul 2023-cü il tarixli məktub daxil olub. Məktubun icra edilməsi ilə bağlı Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən Cəfərova Pərvanə Cabir qızına məktubdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Lakin Pərvanə Cəfərova məktubdan irəli gələn məsələlərin həll edilməsindən imtina edib, yaranmış 1,25 ştat vahidi tərbiyəçi vəzifəsindən 0,25 ştat vahidi körpələr evi-uşaq bağçasında 1,0 ştat vahidi ilə tərbiyəçi vəzifəsində işləyən Nəsirova Nərmin Rəmzi qızının, digər qalan 1,0 ştat vahidindən 0,25 ştat vahidi qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən Rüstəmova Kəmalə Bəybala qızının, 0,75 ştat vahidi isə qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən anası Cəfərova Ramidə Seyidrza qızının ştat vahidinə əlavə edilməklə müddətsiz əmək müqaviləsi bağlayaraq rəsmiləşdirib.

Bununla bağlı Pərvanə Cəfərova Mil-Muğan RTİ-nə dəvət edilib, izahatı alınıb və qanunvericiliyə uyğun olaraq onun barəsində intizam tənbehi tətbiq edilməklə müdir vəzifəsinin həvaləsi ləğv edilib.

Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən qeyri-dəqiq məlumatların paylaşılması təhsilə inamı azaldır, eyni zamanda hüquqi məsuliyyət yaradır" - deyə qeyd olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay