Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın siyasi elitasının Priqojinin qiyamına reaksiyası...

Volodin, Matvienko, Zaxarova, Medvedev və Patriarx Kirill “Vaqner”in üsyanına necə reaksiya verdilər?..

İyunun 23-də Yevgeni Priqojin Müdafiə Nazirliyini “Vaqner” ÖHŞ-nin arxa mövqelərinə raket hücumunda ittiham edib. Öz növbəsində Nazirlik bunu “informasiya təxribatı” adlandırıb. Bundan sonra isə “Vaqner qrupu”nun silahlı qiyamı başlayıb. Hazırda qiyamçılar Rostov və Voronej vilayətlərini ələ keçiriblər.

Prezident Vladimir Putin baş verənləri “silahlı üsyan” adlandırıb və Yevgeni Priqojini vətənə xəyanətdə ittiham edib.

Poliqon baş vernlərələ bağlı Rusiya rəsmilərinin və siyasətçilərinin reaksiyalarını təqdim edir.

Vyaçeslav Volodin, Dövlət Dumasının spikeri:

Rusiya Federasiyası vətəndaşlarının maraqlarını təmsil edən Dövlət Dumasının deputatları qüvvələrin birləşdirilməsinin tərəfdarıdır və Ali Baş Komandanımız prezident Vladimir Vladimiroviç Putini dəstəkləyirlər. “Vaqner” döyüşçüləri yeganə düzgün seçim etməlidirlər. Bu seçim öz xalqının yanında, qanunun tərəfində olmaq, Vətənin təhlükəsizliyini və gələcəyini qorumaqdan, Ali Baş Komandanın əmrlərini yerinə yetirməkdən ibarətdir. Qalan hər şey xəyanətdir!

Valentina Matvienko, Federasiya Şurasının sədri:

“Federasiya Şurasında - Regionlar Palatasında Konstitusiyanın təminatçısı olan Prezidentə tam dəstək var və istisnasız olaraq Federasiyanın bütün subyektlərinin rəhbərliyi hazırkı vəziyyətdə bütün cəmiyyətin, sakinlərin məsuliyyətli və konsolidasiya edilmiş mövqeyinin nə qədər vacib olduğunu aydın başa düşür..”.

Mariya Zaxarova, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi:

“Bizim bir baş komandanımız var. İki deyil, üç deyil. Bir. Və o, hamını birləşməyə çağırıb. İndi əsas məsələ budur. Hamımızın hər şeyə öz münasibətimiz var. Ancaq tarixdə elə məqamlar olur ki, insanın öz şəxsini sonraya buraxmaq lazım gəlir. 100% haqlı olduğunuzu düşünsəniz belə. Niyə? Çünki indi birləşməsək, hər kəs özü üçün və ya vəziyyətə öz baxışı üçün olsa, artıq heç nəyin əhəmiyyəti olmayacaq. Yalnız birlik! Ali Baş Komandan bayrağı altında birlik!”.

Dmitri Medvedev, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini:

“İndi Vətənimizi qoparmaq, dövlətimizi xilas etmək aclığında olan xarici və daxili düşmənə qalib gəlmək üçün ən vacibi ölkə Prezidentinin, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Parçalanma və xəyanət ən böyük faciəyə, ümumbəşəri fəlakətə aparan yoldur”.

Ramzan Kadırov, Çeçenistan rəhbəri:

“Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil. Bu, dövlətə meydan oxumaqdır və bu çağırışa qarşı ümummilli liderin ətrafında birləşmək lazımdır. Mən hərbçilərə, təhlükəsizlik qüvvələrinə, qubernatorlara və mülki əhaliyə müraciət edirəm: Prezidentin ətrafında birləşin!”.

Patriarx Kirill:

“Mövcud vəziyyətin sülh yolu ilə həlli üçün dualar edirəm. Rus Pravoslav Kilsəsinin başçısı olaraq, əllərinə silah götürərək onları qardaşlarına qarşı yönəltməyə hazır olanları ağıllı olmağa çağırıram. Bəzən nə qədər çətin olsa da ümumi təhlükə qarşısında ağıl birliyini qoruyub saxlamaq, incikliklərə və şəxsi ambisiyalara qalib gəlmək lazımdır. Mən Rusiya dövlət başçısının qarışıqlığın qarşısının alınmasına yönəlmiş səylərini dəstəkləyirəm”.

Mənbə: RTVİ kanalı

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Ən çox oxunanalar